Hər səviyyə üzrə
8 - 12
1 gün
Çox sayda biznes mütəxəssisi texnologiyanı fürsət kimi deyil, təhlükə kimi görür. Onların müqaviməti və ya dəstək verməməsi rəqəmsal düşüncə tərzi və praktikaların şirkət daxilində inkişafına mane olur. Əlaqədar bacarıq və imkanların çatışmazlığı nəticəsində şirkətin inkişafı və məhsuldarlığı risk altına düşür.
Dəyişikliklərə açıq olmaq üçün rəqəmsal düşüncə tərzi biznes mühitində xüsusilə vacibdir. Komandanızı rəqəmsal transformasiya prosesinə hazırlamaq üçün onların rəqəmsal dəyişikliklərlə bağlı imkanlar, risklər və məsuliyyətlər barədə düşüncə tərzini dəyişdirmələrinə dəstək olun.
Proqramın məqsədi rəqəmsal həllərə qarşı qorxu və qeyri-müəyyənliyi azaltmaq və iştirakçıların BİZNES MÜHİTİNƏ XAS MÜƏYYƏN DÜŞÜNCƏ TƏRZİ formalaşdırmasını təmin etməkdir.
Proqram zamanı iştirakçılar şirkətdə ən çox təkrarlanan iş proseslərinin hazırkı rəqəmsallaşma səviyyəsini müəyyən edir və səmərəlilik baxımından çətinlik yaradan sahələri (təkrarlanan, vaxt aparan, mexaniki) seçirlər. Sonra rəqəmsal texnologiyaların kömək edə biləcəyi ideal gələcək vəziyyəti təyin edir, düzgün həll yollarını tapmaq üçün praktik ideyalar toplayırlar.

DEVELOR-un Rəqəmsal Navigator Modeli vasitəsilə iştirakçılar özləri üçün uyğun rəqəmsal tətbiqləri tapmaq üçün praktik qruplaşma və strukturlaşdırılmış yanaşma öyrənirlər.
Təlim həmçinin geniş rəqəmsal istifadənin yaratdığı risklərə və zərərli yan təsirlərə diqqət çəkir, iştirakçılara rəqəmsal detoks texnikaları ilə sağlam balans tapmaqda kömək edir.
Təlimin məqsədləri
Mövzular