×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

  • linked
  • fb-exp
  • yt-icon
  • ig-icon
Services menu polygon-open polygon-close
  • Yanaşma və Düşüncə Tərzi
  • Liderlik və İdarəetmə
  • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
  • Şəxsi Produktivlik və Kommunikasiya
  • Teambuilding & Əməkdaşlıq
  • Qiymətləndirmə və Diaqnostika
  • HR Konsaltinq & Kouçinq
  • All services
icon1

Xidmətlər & Həllər-də tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün xidmətləri axtar
icon2

Mənbələrdə tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün mənbələri araşdır

Kimin üçündür ?

Yeni rəhbərlər

Hər səviyyə üzrə rəhbərlər

Bütün səviyyələrdə çalışan əməkdaşlar üçün

İştirakçı sayı

8 - 12

Müddəti

2 gün

Müasir dövrdə getdikcə daha çox lider öz təşkilatdakı rolunu və komandasına qarşı məsuliyyətlərini yenidən düşünmək məcburiyyətində qalır – çünki sabit olmayan mühit yeni yanaşmalar tələb edir. Lakin əvvəlki – hətta uğurla tətbiq olunmuş – liderlik vərdişlərindən imtina etmək və yeni bacarıqlar, fərqli düşüncə tərzi qazanmaq bəzən Marsa səfər qədər çətin görünə bilər.

Mission to Mars adlı oyun əsaslı simulyasiya gələcəyin liderlərinə öz rollarını və komanda ilə necə işləməli olduqlarını daha yaxşı anlamaq üçün hazırlanıb.

Bu proqramın əsas məqsədi iştirakçılarda liderlik fərqindəliyini artırmaq və DEVELOR-un Adaptiv Liderlik Modelinə əsaslanaraq komandaları uğurla idarə etmək üçün lazım olan liderlik kompetensiyalarını təcrübə vasitəsilə yaşatmaqdır.

Adaptive Leadership - Mission to Mars

Adaptiv lider çoxsaylı dəyişikliklərə çevik cavab verə bilən, resurslara hörmət edərək insanları vasitəsilə dəyər yaradan və təhlükəsizlik, inkişaf və muxtariyyətin maksimum olduğu bir mühit formalaşdıran şəxsdir. Marsa Missiya adlı yüksək iştiraklı və maraqlı simulyasiya ssenarisi zamanı iştirakçılar adaptiv fəaliyyətin xüsusiyyətlərini və bunun üçün tələb olunan bacarıqları birbaşa təcrübə edirlər.

Müxtəlif və yaradıcı tapşırıqlar, innovativ rəqəmsal həllər və blended learning (qarışıq öyrənmə) elementləri proqramın immersiv və yadda qalan öyrənmə təcrübəsi təqdim etməsini təmin edir.

Təlimin məqsədləri

  • adaptiv liderliyin mahiyyətini anlamaq
  • fərdi refleksiya lövhəsi vasitəsilə adaptiv lider bacarıqlarının qiymətləndirilməsi
  • özünü təşkil edən komandaları qurmaq, idarə etmək və səlahiyyətləndirmək təcrübəsinı qazanılması
  • qeyri-müəyyən və dəyişkən mühitdə çağırış və çətinliklər zamanı komanda ruhunu və motivasiyanı artırmağın yollarının öyrənilməsi
  • qeyri-müəyyənlik və qeyri-dəqiq tapşırıqlar şəraitində uğurla fəaliyyət göstərmək və fərdi dayanıqlılığın(rezilyentliyi) inkişaf etdirilməsi

Mövzular

  • adaptiv liderliyin anlayışı və kompetensiya modeli
  • vizyonla işləmək
  • komanda rolları
  • münaqişələrin idarə olunması və komanda protokolu
  • səlahiyyətvermə və tapşırıqların bölüşdürülməsi
  • geribildirim və inkişaf
  • komanda konsensusunun təşviqi və fasilitasiyası
  • məsafədən problem həll etmə bacarıqları
  • psixoloji təhlükəsizlik mühitinin yaradılması
  • qərarvermə
  • komanda dinamikası

Əlaqəli həllər