Mavi yaxalı işçilərin ilk şöbə rəhbərləri
8 - 12
7,5 gün
Komanda liderləri və nəzarətçilər əsasən işlərini yaxşı bilən, yəni yüksək texniki bilik və təcrübəyə sahib insanlardır. Onlar həm özlərini, həm də komandalarını daha səmərəli işlətməyə çalışırlar.Lakin problem ondadır ki, bu şəxslər texniki cəhətdən güclü olsalar da, liderlik bacarıqları (insanları idarə etmək, motivasiya etmək, düzgün qərar vermək və komanda ilə işləmək) sahəsində kifayət qədər təcrübəyə malik olmaya bilirlər.
Məhz buna görə DEVELOR-un MasterShiftManager Proqramının əsas məqsədi iştirakçıların mövcud peşəkar biliklərini qorumaqla yanaşı, onları liderlik sahəsində daha özünəinamlı və effektiv rəhbərlərə çevirməkdir. Proqram rəhbərlərə gündəlik əməliyyatları daha səmərəli idarə etməyə imkan verən praktik və asan tətbiq olunan liderlik alətləri təqdim edir.Bu yanaşma sayəsində iştirakçılar həm özlərini, həm də komandalarını daha uğurla idarə edə bilir və zamanla daha böyük və müxtəlif heyətləri effektiv şəkildə yönləndirə bilən liderlərə çevrilirlər.MasterShiftManager Proqramı tək bir təlim və ya ardıcıl təlimlər toplusu deyil. Bu, liderlik bacarıqlarının inkişafında maksimum nəticə əldə etməyə yönəlmiş kompleks və məqsədyönlü bir inkişaf prosesidir. Proqram təlimləri, kouçinq sessiyaları və interaktiv seminar metodologiyalarını birləşdirərək davamlı və real nəticələr əldə etməyə xidmət edir.

Proqramın əsas xüsusiyyətləri
Təlimin mövzuları
Mövzular