Bütün səviyyələrdə olan menecerlər
İstedadlı həmkarlar
Layihə rəhbərləri
8 - 12
2 gün
Liderlik tərzimiz bizim daxili “enerji rənglərimizi” göstərir. Bu 4 fərqli enerji tərzinin hamısından istifadə edə bilmək çox vacibdir.Amma adətən insanlar öz xarakterlərinə uyğun olan bir üslubu seçir və həmişə yalnız onu istifadə edir. Yəni, bir növ həmin tərzdə “ilişib qalırlar”.
Bizim yeni liderlik effektivliyi proqramımız Insights-ın rəngli səyahətini davam etdirmək üçün hazırlanmışdır. Bu proqram liderlərə öz üstünlük verdikləri liderlik tərzini müəyyən etməyə və daha dərindən anlamağa kömək edir. Eyni zamanda, lider kimi öz rollarına, motivasiyalarına və məqsədlərinə daha şüurlu yanaşaraq inkişaf etmələrinə şərait yaradır. Bundan əlavə, proqram onlara işçilərini həvəsləndirmək və ruhlandırmaq üçün effektiv alətlər təqdim edir.

Insights Rəngarəng Liderlik həm özümüzü, həm də başqalarını idarə edərkən dörd enerji rənginin hamısından istifadə etməyə əsaslanır. Proqram müddətində liderlər bu dörd enerji rəngini və liderliyin səkkiz əsas ölçüsünü maraqlı və dərin şəkildə öyrənirlər.Bu yanaşma onlara müxtəlif sahələrdə öz effektivliklərini qiymətləndirməyə və davamlı, real şəxsi inkişaf üçün sınaqdan keçmiş strategiyalar hazırlamağa imkan yaradır. Eyni zamanda, bu model “vəzifələrimiz” – yəni istədiyimiz nəticələrə çatmaq üçün gördüyümüz işlər – ilə “insanlarla münasibətlərimiz” – yəni kim olduğumuzu göstərən səmimi davranışlarımız – arasında düzgün balans qurmağa kömək edir.
Təlimin məqsədləri:
Proqramın sonunda iştirakçılar öz motivlərini, liderlik üslublarını və bacarıqlarını daha yaxşı anlayacaqlar. Onlar liderlik ünsiyyətlərini müxtəlif situasiyalara və tabeliyində olan şəxslərin ehtiyaclarına uyğunlaşdıra biləcəklər. Eyni zamanda, həm özlərini, həm də birbaşa işlədikləri əməkdaşları inkişaf etdirmək üçün daha effektiv şəkildə motivasiya etməyi və həvəsləndirməyi bacaracaqlar.
Mövzular: