Hər səviyyə üzrə
Orta səviyyəli menecerlər
8 -12
2 gün
İşçi bağlılığının (employee engagement) bütün təşkilat boyunca artırılması mühüm mövzuya çevrilib. Lakin buna necə nail olmaq bəzən çətin və qarışıq görünür. Bu, mexaniki yanaşma ilə əldə edilə bilməz. Məlum olan odur ki, bunun üçün əməkdaşların daxili motivasiyaya sahib olması və onların öz bacarıq və potensiallarını daha çox ortaya qoymağa həvəsləndirildiyi iş mühiti lazımdır.
Birbaşa rəhbərlər bu mühitə ən çox təsir edən şəxslərdir; onlar bağlılığın artmasına şərait yaradan şərtləri formalaşdırırlar. Buna görə Engaging Leader proqramının məqsədi yüksək və orta səviyyəli rəhbərlərdə öz əhəmiyyətləri, təsir gücləri və tabeliklərində olan əməkdaşlar üçün bu mühiti yaratmaq məsuliyyətləri barədə fərqındalığı artırmaq, eyni zamanda onları uyğun liderlik alətləri və praktik yanaşmalarla təchiz etməkdir.

Proqram motivasiya və bağlılığın artırılmasını izah edən MAGIC modelinin 5 əsas elementinə əsaslanır: məna (meaning), müstəqillik (autonomy), inkişaf (growth), təsir (impact) və əlaqə (connection). Liderlər bu anlayışların hər birini iş mühitində necə tətbiq etməyi öyrənirlər. Eyni zamanda onlar əməkdaş yolçuluğunun mərhələlərini və bu mərhələlərdə əməkdaşların ehtiyac və narahatlıqlarına necə yanaşmağın effektiv yollarını da mənimsəyirlər.
Təliminin məqsədləri:
• İşçi məmnuniyyəti ilə işçi bağlılığı arasındakı fərqi müəyyənləşdirmək
• Bağlılıq səviyyəsini artırmaq üçün liderlik yanaşmalarını tanımaq
• MAGIC modelinin bütün 5 elementini öz liderlik situasiyalarında tətbiq etmək
• Y nəsli əməkdaşlarının ehtiyaclarını anlamaq və cavab vermək
• Employee Journey-in müxtəlif mərhələlərində komanda üzvlərinin ehtiyac və narahatlıqlarını daha yaxşı başa düşmək və onlara müsbət təsir göstərmək
• Komanda üzvləri ilə səmimi söhbətlər apararaq onların bağlılığını artıran amilləri müəyyən etmək və gücləndirmək
Təlim mövzuları:
• Aşağı və yüksək bağlılığa malik əməkdaşların əlamətləri
• İşçi məmnuniyyəti və bağlılıq matrisi, hər seqment üçün uyğun liderlik yanaşması
• Bağlılıq səviyyələri və hər səviyyə üçün effektiv liderlik fəaliyyətləri
• MAGIC modeli: bağlılığın 5 elementi və onların idarəetmə təcrübəsində tətbiqi
• Engagement interview – əməkdaşların motivasiya mənbələri və maneələri barədə strukturlaşdırılmış müzakirə
• Employee Journey və hər mərhələ üçün effektiv yanaşmalar
• Generation Y nəsli üçün əsas motivasiya faktorlarının araşdırılması və onlara cavab verilməsi.