×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

  • linked
  • fb-exp
  • yt-icon
  • ig-icon
Services menu polygon-open polygon-close
  • Yanaşma və Düşüncə Tərzi
  • Liderlik və İdarəetmə
  • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
  • Şəxsi Produktivlik və Kommunikasiya
  • Teambuilding & Əməkdaşlıq
  • Qiymətləndirmə və Diaqnostika
  • HR Konsaltinq & Kouçinq
  • All services
icon1

Xidmətlər & Həllər-də tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün xidmətləri axtar
icon2

Mənbələrdə tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün mənbələri araşdır

Kimin üçündür ?

Aşağı səviyyəli rəhbərlər üçün

Orta səviyyəli menecerlər

Yuxarı səviyyəli menecelrər

İştirakçı sayı

8 -12

Müddəti

2 gün

Peşəkarlar çox vaxt yüksək nəticələr göstərdiklərinə görə komandaya lider təyin olunurlar. Yeni bu rolda onlar öz bacarıqlarını və yüksək standartlarını daha çətin situasiyalarda da problemsiz nümayiş etdirə bilirlər. Eyni zamanda rəhbərlərinin onlardan nümunəvi rol modeli olmalarını, insanlarla bağlı məsələləri effektiv idarə etmələrini, qrupun problemlərini həll etmələrini, xoş iş mühiti yaratmalarını və bütün bunlarla yanaşı komandanın yüksək performansını təmin etmələrini gözləməsi kifayət qədər tələbkar ola bilər.

Yüksək Performanslı Komandalara Liderlik (Leading High Performing Teams) proqramı etimad qurmaq, güclü komanda birliyi formalaşdırmaq və şirkət əməkdaşlarının fərdi güclü tərəflərini nəzərə almaqla səmərəli fəaliyyət göstərən komanda yaratmaq üçün lazım olan bacarıqları təqdim edir.

Effective team management

Proqram komandanın formalaşmasının dörd mərhələsində (Bruce Tuckman modelinə əsasən) qarşıya çıxan çətinlikləri, menecerial rolları və tətbiq oluna bilən alətləri addım-addım izləyir. İştirakçılar komanda birliyinə nail olunması və effektiv əməkdaşlığın qurulması üçün müxtəlif yanaşmaları araşdırırlar. Təlim çərçivəsində həmçinin tapşırıqların səmərəli şəkildə bölüşdürülməsi və komanda üzvlərinin öz rollarından məmnun qalacaqları şəkildə motivasiya olunması yollarına da toxunulacaq.

Təlimin məqsədləri:

• Şirkət komandaları daxilində daha yaxşı ünsiyyət qurmaq
• Öz liderlik üslubunu müəyyənləşdirib komanda daxilində etimad yaratmaq üçün istifadə etmək
• Komandanı inkişafın müxtəlif mərhələlərindən düzgün şəkildə yönləndirmək
• Yeni öyrənilmiş liderlik alətləri ilə komanda birliyini qurmaq və gücləndirmək
• Komanda üçün vizyon, missiya və məqsədləri müəyyən etmək
• Komanda üzvlərinin rollarını müəyyənləşdirmək
• Komandanı motivasiya etməklə performansı artırmaq

Mövzular:

• Komanda performansının ölçülməsi
• Ən çox rast gəlinən ünsiyyət səhvləri və effektiv komanda ünsiyyəti meyarları
• İdarəetmə səlahiyyətinin növləri
• Komanda inkişafının dörd mərhələsi və təsir üsulları
• Mərhələlərə uyğun komanda motivasiyası
• Komanda birliyini yaratmaq və konfliktləri həll etmək üçün idarəetmə alətləri
• Meredith Belbin komanda rolları və onların real həyatda tanınması və tətbiqi.

Əlaqəli həllər