Layihə rəhbərləri
Hər səviyyə üzrə rəhbərlər
8 - 12
1 - 2 gün
Lakin bir çox üstünlüklərinə baxmayaraq, agile idarəetmə modeli hər situasiyada və hər şirkətdə tətbiq oluna bilmir. Bir çox təşkilatlar ənənəvi fəaliyyət modelini qoruyaraq, agile yanaşmadan yalnız müəyyən layihələrdə istifadə etməyi üstün tutur. Təlim proqramımız məhz bu tip hallara uyğun olaraq hazırlanıb.
Proqramın əsasında agile layihə idarəetməsi üzrə biznes simulyasiyası dayanır. Bu simulyasiya Misirin Yeni İdarəetmə Paytaxtı – New Cairo layihəsindən ilham alıb. Təlim boyunca iştirakçılar “Yeni Qahirə” üçün vizioner bir layihəni planlaşdıracaq, həyata keçirəcək və nəticələrini qiymətləndirəcəklər. Bu təcrübə onlara agile verdyanaşmanın real tətbiq imkanlarını dərindən anlamağa və öz layihə mühitlərinə uyğunlaşdırmağa kömək edəcək.

Oyunlaşdırılmış və macəra dolu təlim formatı sayəsində iştirakçılar daha yaxşı və daha sürətli öyrənirlər. Təlim boyunca iştirakçılar komandalarla işləyir və investor maliyyəsi uğrunda yarışırlar. Reallıqda olduğu kimi, bizim şərtlərimiz də sürətlə dəyişir və ənənəvi layihə idarəetməsi yanaşması uğursuzluğa məhkumdur. Uğura aparan yeganə yol çevik yanaşmadır. Uğurun əsas meyarları yalnız effektiv icrada deyil, resurs planlaşdırması, dəyişən şəraitə çevik uyğunlaşma, aktiv dinləmə, etimad qazanma və davamlı dəyər yaratmaqda gizlənir. Bu simulyasiya sayəsində iştirakçılar çevik layihə idarəetməsinin mahiyyətini öyrənir, təcrübədən keçir və aktiv şəkildə tətbiq edirlər. Eyni zamanda, agile prinsipləri, rolları, gündəlik rutinləri və çevik alətlərlə bağlı dərin anlayış qazanırlar.
Təlimin məqsədləri
Mövzular