Müxtəlif vəzifələrdə çalışan menecerlər və əməkdaşlar üçün
İstedadlar
Gənc istedadlar
6 - 10
İnkişaf Mərkəzi bir qrup üçün 1 gün davam edir. Ümumi prosesin müddəti isə iştirakçı sayı və proqramın mürəkkəblik səviyyəsindən asılı olaraq 3–5 həftə arasında dəyişir.
İnkişaf Mərkəzi (İM) – müəyyən olunmuş şəraitdə, təlim keçmiş müşahidəçilərin qarşısında, müəyyən kompetensiya və davranışların səviyyəsini qiymətləndirməyə yönəlmiş standartlaşdırılmış bir prosesdir. Bu prosesin əsas məqsədi əməkdaşların inkişaf ehtiyaclarını və potensialını müəyyən etməkdir.
İnkişaf Mərkəzi əməkdaşları fərqli və çətin tapşırıqlarda müşahidə etmək üçün strukturlaşdırılmış bir imkan yaradır. Bu isə onların həm gizli potensialını, həm də inkişaf etdirilməli olan sahələrini üzə çıxarmağa şərait yaradır. İnkişaf Mərkəzi vasitəsilə fərdin müəyyən davranış modellərini nə dərəcədə tətbiq edə bildiyini və əvvəldən müəyyən edilmiş gözləntilərə uyğun şəkildə nümayiş etdirib-etdirmədiyini dəqiq şəkildə qiymətləndirmək mümkündür.

Bizim həll yolumuzu fərqləndirən nədir ?