Hər səviyyə üzrə
8 - 12
1 gün
Şəxsiyyət tipləri ilə maraqlanan hər kəs yəqin ki, bir məqamda insanları asanlıqla müəyyən kateqoriyalara və “qutulara” yerləşdirməyə meyilli olduğumuzu müşahidə edib. Bəs desək ki, müəyyən kontekstdə bir-birinə zidd xüsusiyyətlər belə bizə uyğun ola bilər? Bu, bir paradoks deyilmi? Yəqin ki, elədir. Amma Lumina bu paradoksu qəbul edir və məhz onun üzərində inşa olunur.
Təlimdən əvvəl iştirakçılardan Lumina Spark portretlərini yarada bilməmiz üçün onlayn anket doldurmaları xahiş olunur. Modeli başa düşmək asandır, lakin 24 keyfiyyət sayəsində o, eyni zamanda daha dərin fikirlər təqdim edir. Biz iştirakçıların şəxsiyyətlərini kəşf etmək üçün səyahətlərində bələdçiyik. Biz onlara müxtəlifliyi (hətta onların əksini) tanımağa və qiymətləndirməyə və fərqli həmkarları ilə ünsiyyətə yanaşmalarını uyğunlaşdırmağa imkan veririk.

Prosess zamanı biz hər bir iştirakçının fərdi Lumina Spark portreti üzərində işləyirik. Şəxsiyyəti bütöv şəkildə – onun əsas, gündəlik və həddindən artıq ifadə olunmuş tərəfləri ilə birlikdə araşdırırıq. Bunu isə etiketləmədən, qutuya salmadan və stereotiplərdən uzaq şəkildə həyata keçiririk.
Lumina Splash iştirakçılar tərəfindən yüklənə bilən interaktiv proqramdır ki, onlar istənilən vaxt öz rəqəmsal profillərinə daxil ola və onu QR kodu vasitəsilə ailələri, dostları və ya həmkarları ilə paylaşa və ya nəticələrini digər iştirakçılarla müqayisə edə bilirlər.
Təlimin məqsədləri
Mövzular