Hər səviyyə üzrə
8 - 12
2 gün
Buna görə də strukturlaşdırılmış iş görüşlərinin nə vaxt faydalı olduğunu anlamaq və onları düzgün idarə etmək çox vacibdir. Komandanızın görüşlərini necə daha effektiv edə bilərsiniz?
Effektiv görüş üçün bəzi əsas suallar düzgün cavablandırılmalıdır: Bu görüşdür, yoxsa workshop? Fərqi nədir? Görüşün məqsədi nədir? Nə qədər davam etməlidir? Nə qədər tez-tez keçirilməlidir? Kimlər dəvət olunmalıdır? Çətin iştirakçılar necə idarə olunmalıdır? Problemin kök səbəbini necə müəyyən etmək olar? Komanda üzvlərini həll yollarının tapılmasına necə daha aktiv cəlb etmək olar?

u təlim görüşlərin hansı hallarda doğru platforma olduğunu analiz edir və bütün bu sualları ətraflı şəkildə izah edir. Eyni zamanda, görüş və workshopların təşkili üçün praktik, asan tətbiq olunan alətlər təqdim edir.
Proqram zamanı iştirakçılar effektiv görüşlərin strukturunu, problemlərin təhlili və qərarvermə üçün ən müasir metodları öyrənir, həmçinin çətin iştirakçıların idarə olunması üçün praktik bacarıqlar əldə edirlər.
Effektiv Görüşlər Təliminin Məqsədləri
• Görüşün məqsədini düzgün müəyyənləşdirmək, uyğun iştirakçıları seçmək və prosesi idarə etmək
• Gündəliyin hazırlanması və ilkin hazırlıq işlərinin görülməsi
• Görüşü effektiv şəkildə idarə etmək və çətin vəziyyətləri həll etmək
• İştirakçıları cəlb etmək üçün vizuallaşdırma alətlərindən istifadə etmək
• Qərarvermə üçün effektiv metodlardan istifadə etmək
• Görüşün sonunda nəticələr çıxarmaq və fəaliyyət planı hazırlamaq
• Görüşdən sonra nəticələrin icrasını izləmək və gələcək əməkdaşlığı idarə etmək
Effektiv Görüşlər Təliminin Mövzuları
• Görüş növləri
• Görüşün strukturu və müddəti
• Görüşə dəvət prosesi
• Beyin həmləsi (brainstorming) texnikaları
• Problemlərin təhlili (simptomlar və kök səbəblər)
• Prioritetləşdirmə üsulları
• İştirakçı tipləri və çətin insanlarla davranış
• Кеyslərin işlənməsi və şirkətə uyğun kompleks situasiya tapşırıqları