Strateji Əməkdaş Kimdir? Strateji əməkdaş – malik olduğu kritik institusional bilik, bacarıq və təcrübəyə görə əvəz olunması çətin olan şəxsdir. Bu əməkdaşlar şirkətə rəqabət üstünlüyü qazandırır. Strateji əməkdaşın itirilməsi yüksək risk yaradır, çünki onun əvəzlənməsi ya çox baha başa gəlir, ya uzun zaman tələb edir, ya da demək olar ki, mümkün deyil.
Strateji Əməkdaşların Saxlanması Proqramımız uzunmüddətli bir həll təqdim etsə də, strateji şəxslər üzərində dərhal təsir göstərir. Proqram, bu yanaşmanı şirkət daxilində dayanıqlı sistemə çevirmək üçün lazım olan bütün planlaşdırma, icra, uyğunlaşdırma və izləmə fəaliyyətlərini özündə birləşdirən 7 əsas mərhələdən ibarətdir.

Bu diqqətlə planlaşdırılmış və ardıcıl şəkildə tətbiq olunan proses şirkətə strateji əməkdaşlar vasitəsilə əldə etdiyi rəqabət üstünlüyünü sistemli şəkildə qorumağa və gücləndirməyə imkan verir. Məqsəd – bu şəxslərin motivasiya və bağlılıq səviyyəsini artırmaq, biliklərin vaxtında və düzgün ötürülməsini təmin etmək və müvafiq varislik planı hazırlamaqdır. Beləliklə, strateji əməkdaşın şirkətdən ayrılması halında yaranan biznes riski əhəmiyyətli dərəcədə azalır.
Proqram, ilk olaraq strateji əməkdaşların müəyyən olunması üçün uyğun kriteriyalar toplusunun müəyyənləşdirilməsi ilə başlayır. Bu mərhələdə xüsusi diqqət tələb edən əməkdaşlar idarəetmənin fokusuna daxil edilir. Seçilmiş şəxslər üçün saxlama addımları və cavabdehliklər “Strateji Əməkdaş Matrisi”ndə dəqiq şəkildə göstərilir. Bu addımların sistemli icrası nəticəsində həm strateji əməkdaşların şirkətdə saxlanması, həm də gələcək varislərin hazırlanması təmin edilir.
Strateji əməkdaşlar təşkilat daxilində müəyyən edilir və onların şirkətdən ayrılma meyli, motivasiyaedici faktorları və digər vacib kriteriyalar təkmil şəkildə qiymətləndirilir. Proqramın nəticəsi olaraq bu şəxslərin işə bağlılığı artır, işdən ayrılma halları azalır və bilik itkisi riski aradan qalxır. Layihənin əsas praktik nəticələrindən biri HR və rəhbərlik üçün hazırlanmış ətraflı varislik planıdır. İcra prosesi HR və top menecmentin aktiv iştirakı ilə birgə yaradıcı şəkildə həyata keçirilir. DEVELOR bütün zəruri şablonları və digər təşkilatlardan faydalı müqayisə materiallarını təqdim edir. Proses boyunca davamlı dəstək verilir və uğurun müəyyən dövrlərdə yenidən qiymətləndirilməsi həyata keçirilir.