×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Layihə rəhbərləri

    Hər səviyyə üzrə rəhbərlər

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    1 - 2 gün

    Lakin bir çox üstünlüklərinə baxmayaraq, agile idarəetmə modeli hər situasiyada və hər şirkətdə tətbiq oluna bilmir. Bir çox təşkilatlar ənənəvi fəaliyyət modelini qoruyaraq, agile yanaşmadan yalnız müəyyən layihələrdə istifadə etməyi üstün tutur. Təlim proqramımız məhz bu tip hallara uyğun olaraq hazırlanıb.

    Proqramın əsasında agile layihə idarəetməsi üzrə biznes simulyasiyası dayanır. Bu simulyasiya Misirin Yeni İdarəetmə Paytaxtı – New Cairo layihəsindən ilham alıb. Təlim boyunca iştirakçılar “Yeni Qahirə” üçün vizioner bir layihəni planlaşdıracaq, həyata keçirəcək və nəticələrini qiymətləndirəcəklər.  Bu təcrübə onlara agile verdyanaşmanın real tətbiq imkanlarını dərindən anlamağa və öz layihə mühitlərinə uyğunlaşdırmağa kömək edəcək.

    Agile project management - New Cairo

    Oyunlaşdırılmış və macəra dolu təlim formatı sayəsində iştirakçılar daha yaxşı və daha sürətli öyrənirlər. Təlim boyunca iştirakçılar komandalarla işləyir və investor maliyyəsi uğrunda yarışırlar. Reallıqda olduğu kimi, bizim şərtlərimiz də sürətlə dəyişir və ənənəvi layihə idarəetməsi yanaşması uğursuzluğa məhkumdur. Uğura aparan yeganə yol çevik yanaşmadır. Uğurun əsas meyarları yalnız effektiv icrada deyil, resurs planlaşdırması, dəyişən şəraitə çevik uyğunlaşma, aktiv dinləmə, etimad qazanma və davamlı dəyər yaratmaqda gizlənir. Bu simulyasiya sayəsində iştirakçılar çevik layihə idarəetməsinin mahiyyətini öyrənir, təcrübədən keçir və aktiv şəkildə tətbiq edirlər. Eyni zamanda, agile prinsipləri, rolları, gündəlik rutinləri və çevik alətlərlə bağlı dərin anlayış qazanırlar.

    Təlimin məqsədləri

    • layihə idarəetməsində çevik (agile) yanaşmanın əsas prinsiplərini anlamaq
    • müxtəlif çevik rutinlər və alətlərlə bağlı təcrübənin qazanılması, onları dərindən mənimsənilməsi və praktikada tətbiq edilməsi

    Mövzular

    • agile layihə idarəetməsinin üstünlükləri və xarakterik xüsusiyyətləri
    • agile modeldə rollar və məsuliyyət bölgüsü
    • layihə menecerləri üçün əsas agile alətləri
    • agile rutinlər: iterasiyalar və görüş strukturu
    • agile-də məhsuldarlıq və intizamın idarə olunması
    • Agile mədəniyyəti – agile manifesti və agile prinsiplər
    • agile layihələrin uğurlu idarə olunması üçün əsas faktorlar
    • risk amilləri və onların idarə olunma yolları
    • departamentlərarası layihələrdə hibrid agile yanaşması
    • hibrid agile praktikası: müştəri, məhsul və əməkdaş səyahətinin çatdırılması

    Əlaqəli həllər