Bütün liderlər, satış mütəxəssisləri və iş prosesində inandırıcı və effektiv təsir yaratmaq məsuliyyəti daşıyan əməkdaşlar
8 - 12
2 gün
Başqalarını hərəkətə gətirmək və onları inandırmaq qabiliyyəti istər xarici, istər daxili danışıqlar, istər satış fəaliyyəti, istər inandırıcı təqdimat, yeni ideyanın satışı, istək üçün dəstək qazanmaq ya da təşəbbüsümüzə razılıq almaq olsun bütün biznes sahələrində əsas bacarıqlardandır.
Ünsiyyətimiz və ümumi davranışımızla istəməsək belə təsir yaradırıq ona görə də bunu şüurlu şəkildə yaratmağımız daha məqsədəuyğundur. Məsələ budur ki, başqalarını necə dürüst və uğurla təsir edə bilərik ki, qarşılıqlı faydalı, manipulyasiyadan uzaq nəticələr əldə edək?
Bu təlim iştirakçılara təqdimatlarını və danışıqlarda arqumentlərini necə daha cəlbedici və emosional olaraq təsirli etmək tərəfdaşlarının əməkdaşlıq üçün razılığını necə qazanmaq barədə öyrədir. Həmçinin insanları az şüurlu şəkildə güclü təsir edən amillərin fərqindəlik səviyyəsini artırır.
Diqqət – təsir etmənin və inandırıcı təqdimatın əsas prinsiplərinə yönəlib, lakin bu, həmçinin özünə dəyər və özünə inamın rolunu aydınlaşdırmağa kömək edəcək. Beləliklə, müzakirələrimiz üçün yaxşı atmosferin necə yaradılacağını və tərəfdaşlarımızın əsas ehtiyaclarını da nəzərə alan şəkildə onları necə inandırmağı daha yaxşı başa düşəcəyik.
Təlimin məqsədi
Mövzular