Hər səviyyə üzrə satış əməkdaşları üçün
8 - 12
1 gün
Bəzən ümumi satış təlimləri faydadan çox zərər verə bilər. Əgər diqqətimizi satış hədəflərinə yönəltməsək, satış komandamızın hansı davranışlarının strategiyanın reallaşması üçün həlledici olduğunu müəyyənləşdirmək mümkün olmaz.
Bu proqram adətən genişmiqyaslı satış inkişafı proseslərindən əvvəl başlanğıc nöqtəsi kimi xidmət edir. Seminar çərçivəsində biz hər bir satış vəziyyətinin kompleks sistemdə – Sales Mandala modelində – necə təsnif oluna biləcəyini izah edən 3 əsas aspekti təqdim edirik. Daha sonra isə ümumi satış situasiyalarını, onların effektivliyini və uğura təsir edən amilləri birlikdə təhlil edirik. Seminar iştirakçılara vacib uğur faktorlarının nə dərəcədə mövcud olduğunu və inkişaf etdirilməli olan sahələri müəyyənləşdirmək üçün strukturlaşdırılmış bir çərçivə təqdim edir.

Təlim zamanı iştirakçılar öz təşkilatlarına xas olan bütün satış situasiyalarını müəyyənləşdirir və Situativ Satış Modeli əsasında hər bir vəziyyətin əhəmiyyəti ilə tanış olurlar.
Onlar uğuraaparan satış davranışlarını, bunun üçün zəruri bacarıqları və inkişaf etdirilməli olan sahələri öyrənirlər. Eyni zamanda iştirakçılar müxtəlif müştəri gözləntilərinin fərqinə varır,müştərinin gizli ehtiyaclarını necə aşkar etməyi və bu ehtiyacları aşmaq üçün hansı üsullardan istifadə olunmalı olduğunu dərindən anlayırlar.
Təlimin məqsədləri:
Mövzular