Hər səviyyə üzrə
8 - 12
2 gün
Virtual komandalar artıq gələcəyin deyil, bugünün iş tərzidir. Müasir təşkilatlar qlobal xarakter alaraq fərqli şəhər, ölkə və qitələrdən olan əməkdaşların birlikdə rəqəmsal əməkdaşlıq alətləri vasitəsilə işləməsinə şərait yaradır. Bu “virtual məsafə”, həm komanda üzvləri, həm də rəhbərlər üçün fiziki görüşlərin olmaması fonunda effektiv işləmək və yüksək performansı təmin etmək baxımından yeni çətinliklər yaradır.
Belə bir dəyişiklik, yeni texnologiyalarla dəstəklənən, yeni sistem və proseslərə əsaslanan kommunikasiya formalarının tətbiqini zəruri edir. Eyni zamanda, bu yanaşma komanda daxilindəki fərdi və mədəni müxtəlifliklər, eləcə də komandanın formalaşması zamanı qarşıya çıxan çətinliklər nəzərə alınaraq həyata keçirilməlidir.

Proqram boyunca komanda üzvlərini virtual əməkdaşlığın özlərinəxas uğur meyarlarını müəyyən etməyə və qiymətləndirməyə təşviq edirik. Daha sonra iştirakçılar 3 mərhələli təcrübəyə əsaslanan öyrənmə dövrü çərçivəsində real komanda tapşırıqları yerinə yetirirlər. Bu proses sayəsində rəqəmsal alətlərlə işləməyin doğurduğu real çətinlikləri özləri yaşayır, həll yollarını araşdırır və sonda praktik tətbiq üçün faydalı nəticələr əldə edirlər.
Təlimin məqsədləri
Mövzular