Orta səviyyəli rəhbərlər
Yuxarı səviyyəli rəhbərlər
5 - 12
2 x 90 dəqiqə
Bəzi rəhbərlər iş yerində virusun yayılmasının qarşısının alınmasında özlərini məsuliyyət daşıyan şəxs kimi görməyə bilər. Bəziləri isə qaydalara əməl etməyən əməkdaşlara bunu xatırlatmağın narahatlıq doğuracağından çəkinir. Lakin bu günün ən real rəhbərlik dilemması məhz budur.
COVID Təhlükəsizliyi üzrə ilkin biliklərə əsaslanan bu proqram, mövzunun rəhbərlik aspektlərinə fokuslanır. Proqramda iştirak edənlər anlayırlar ki, rəhbərin diqqəti, davranışı və yanaşması ətrafdakılar üçün nümunədir.
Əgər rəhbərlər doğru liderlik alətləri ilə təchiz olunmuşdursa və nümunə göstərmək prinsipini tətbiq edirlərsə, qısa və uzunmüddətli risklərin qarşısını almaqda mühüm rol oynaya bilərlər.

Təlimin ilk sessiyasında rəhbərlərin ofisdə covid-təhlükəsizliyi ilə bağlı üzləşdiyi çətinliklər və məsuliyyətlərə diqqət yetirilir. iş yerində təhlükəsizlik mədəniyyətinin qurulmasına haradan başlamaq lazım olduğu, necə nümunə olmaq və rəhbər-əməkdaş qarşılıqlı əlaqələrində — məsələn, görüşlərdə, ərazi baxışlarında və fərdi söhbətlərdə — bu mövzunun necə rahat şəkildə gündəmə gətirilə biləcəyi müzakirə olunur.
Praktikaya əsaslanan ikinci sessiyada isə təhlükəsizlik qaydalarına zidd və ya əksinə, nümunəvi davranışlara dərhal verilən rəyin əhəmiyyəti, növləri və quruluşu araşdırılır. qaydaları təkrar pozan əməkdaşla necə daha dərin söhbət aparmaq mümkün olduğu öyrənilir. bu vəziyyətlərin hamısı kiçik qrup məşqlərində praktiki şəkildə məşq olunur.
Sonda isə “iş yerində iştirak vs. sağlamlıq vəziyyəti” matrisindən irəli gələn rəhbərlik çətinlikləri və uyğun davranış modelləri nəzərdən keçirilir.
Təlimin məqsədləri
Mövzular