Hər səviyyə üzrə
Çoxmədəniyyətli komandaların rəhbərləri və üzvləri
8 - 12
2 gün
Bütün mədəniyyətlərin özünəməxsus davranış nümunələri, vərdişləri və adətləri vardır ki, bunlar onların ünsiyyət tərzində, davranışında və qərar qəbul etmə prosesində əks olunur.
Bəzən yadellilərin fərqli olduğunu düşünürük. Onların gətirdiyi fərqliliklərdən həzz ala bilərik, lakin bəzən də bu fərqliliklər bizi çaşdıra və məyus edə bilər. Onların üstünlüklərini qəbul etmək, onları maneə kimi deyil, öyrənmək və inkişaf etdirmək üçün bir fürsət kimi görmək çətin ola bilər.
Biz mədəniyyətlərarası səriştəni bilik idarəetməsinin və şirkətə xas qapalı biliklərin bir hissəsi kimi qiymətləndiririk. Proqramımızda iştirakçılara bu mürəkkəb səriştəni strateji düşüncə və planlaşdırma aləti, rəqabət üstünlüyü və əlavə dəyər mənbəyi kimi başa düşmələri üçün imkan yaradır və təlim zamanı əlaqəli bilik və bacarıqların inkişaf etdirilməsinə dəstək oluruq.

Bu təlimdə iştirakçılar Hofstede modeli əsasında mədəni fərqlərin əsaslarını və onların arxasında duran səbəbləri öyrənəcəklər. Onlara “öz mədəniyyətləri” ilə “qonaq mədəniyyət” arasında müxtəlif aspektlər üzrə müqayisə aparmaq imkanı veriləcək və çoxmədəniyyətli mühitdə uğurla fəaliyyət göstərmək üçün praktik və faydalı məsləhətlər təqdim olunacaq.
Təlimin məqsədləri
Mövzular