Rəhbərlər və tabeliyindəki əməkdaşlar
8 - 12
2 gün
Çox hallarda düzgün cavab qətiyyətli ünsiyyətdir — yəni həm özünüzün, həm də qarşı tərəfin maraq və məqsədlərini nəzərə alaraq öz mövqeyinizi qorumaq bacarığı. Amma bu o demək deyil ki, biz hər zaman qətiyyətli davranmalıyıq?
Biz hesab edirik ki, həyat bütün vəziyyətlərdə qətiyyətli olmaqdan daha mürəkkəb və çoxşaxəlidir. Bizim yanaşmamızda qətiyyətli ünsiyyət SEÇİMDİR.
Onun tətbiqi kontekstə bağlıdır və hər vəziyyət üçün uyğun olmaya bilər. Lakin kritik müzakirələrdə ən yaxşı seçim məhz qətiyyətli ünsiyyətdir. Yenilənmiş təlim proqramımızda bu mövzuya fokuslanaraq sizə həm daxili, həm də xarici kommunikasiya sahəsində dəstək vermək istəyirik.

TƏLİM MODULLU strukturda hazırlanıb ki, şirkətinizin biznes ehtiyaclarına və iş şəraitinə maksimum uyğunlaşdıra biləsiniz.
Proqramın əsas hissəsi qətiyyətli ünsiyyətin əsas prinsiplərinə fokuslanır və instinktiv və öyrənilmiş davranışların arxasında duran, liderlik və iş mühitində stilimizi formalaşdıran xüsusi düşüncə nümunələri (eqo vəziyyətləri) haqqında dərin anlayış verir. Bu modul gündəlik biznes situasiyalarında tətbiq edilə biləcək əsas qətiyyətli ünsiyyət texnikalarını öyrədir: qətiyyətli davranışın təşkili və aqressiv və ya passiv davranışların qətiyyətli kommunikasiya üsulları ilə idarə olunması.
Proqramın ikinci modulu müxtəlif praktik və inkişaf etmiş metod və proseslərlə seçilmiş kritik biznes vəziyyətlərinin idarə olunmasına yönəlib.
Təlimin məqsədləri
Mövzular
I. Assertivliyin əsasları
II. Kritik danışıqlar siyahısı
III. Əlavə assertivlik texnikaları