Orta səviyyəli rəhbərlər
Yuxarı səviyyəli rəhbərlər
8 - 12
1 gün
Təhlükəsizlik sahəsində ən böyük çətinliklərdən biri onun uzunmüddətli şəkildə davamlılığının təmin olunmasıdır. Bunun əsas şərti isə həm rəhbərin, həm də işçinin bu sahəyə qoyulan investisiyanın onlar üçün real dəyər yaratdığını hiss etməsi və bunun nəticəsində sabit və görünən inkişafın baş verməsidir.
Proqram çərçivəsində şirkətin menecerləri təhlükəsizliklə bağlı öz rollarını müxtəlif baxış bucağından araşdırırlar. Proqram liderin nümunəvi davranış göstərməsi, məsuliyyət daşıması, düzgün iş mühitinin yaradılması və ittihamedici yanaşmadan fərqli olaraq, problemin qarşısının alınmasına yönəlmiş bir təhlükəsizlik mədəniyyətinin formalaşdırılması üzərində qurulub.

Şirkətin rəhbərləri proqram çərçivəsində tərəfdaşlığa əsaslanan ünsiyyət və rəyvermə ilə bağlı dərhal tətbiq oluna bilən praktik üsullar əldə edirlər. Bu metodların tətbiqi qəza risklərinin qarşısının alınmasına və ümumi nəticələrin çıxarılmasına xidmət edir.
Proqramda mövzunun əhəmiyyətini daha dərindən dərk etdirmək üçün real hadisələrdən istifadə olunur. Bu nümunələr göstərir ki, təhlükəsizlik sahəsində bir neçə uyğunsuzluğun eyni anda baş verməsi ölümcül nəticələrə səbəb ola bilər.
Təlimin məqsədi
Mövzular