Hər səviyyə üzrə
8 - 12
yarım gün
Niyə təhlükəli vəziyyətlər biznes mühitində vaxtında aşkarlanıb aradan qaldırılmır? Hər bir iş qəzalarının arxasında çoxsaylı səbəblər, amillər və alt-səbəblər dayanır. Bizim qavrayışlarımız və şirkət mədəniyyəti bizi səhv istiqamətə yönləndirə bilər. Axtarmadığımız təhlükəni görməmək asandır və bu, biznes proseslərində risklərin artmasına səbəb olur. Buna görə də məqsədimiz risk şüurunu artırmaq və bu təhlükələrlə sistemli şəkildə mübarizə aparmaqdır.
Biznes üçün nəzərdə tutulmuş bu təlimdə məqsəd iştirakçıların təhlükəsizlik qaydalarının onların xeyrinə olduğunu dərk etməsinə və təşkilat daxilində təhlükəsizlik mədəniyyətinin formalaşmasına dəstək olmaqdır. Proqram əməkdaşların iş təhlükəsizliyinə münasibətini dəyişdirir və risklərin analiz edilməsi və idarə olunması üzrə effektiv planlaşdırma sisteminin qurulmasını təmin edir. Təlim biznes mühitində səhv və risklərin qarşısını almaq üçün qabaqlayıcı yanaşmanın tətbiqinə yönəlib, beləliklə, problemlərin meydana gəlmədən öncə qarşısı alınır.

“Near miss” case study-ləri işlədikdən sonra iştirakçılar gözlənilməz (təhlükə vəziyyətləri) hallarda qəza qarşısının alınması üçün real metodlarla tanış olurlar. Proqramın sonunda isə şirkətdə özlərinin dərhal iş mühitinin təhlükəsizliyini artırmaq üçün fərdi könüllü öhdəliklər götürürlər.
Təlimin məqsədləri
Mövzular