Böyüməyə ehtiras, birgə yaradıcılıq sevgisi, böyük ambisiyalar -
bizimlə görüşərkən bunların hamısını bizdə görəcəksiniz.
Bənzərsiz şəxsiyyətlər olsaq da, məqsədyönlü şəkildə biliklərimizi paylaşırıq.
Səlahiyyətlərimizi müştərilərimizin ehtiyaclarını anlamaq və onların
inkişaf etmə yollarını tapmaq üçün istifadə edirik.
Biz maraqlı, aktual və praktik təlim proqramları dizayn edir və həyata keçiririk. Proqram iştirakçılarında öyrəndiklərini iş mühitində tətbiq etməyə motivasiya yaradır, onların tətbiq prosesini dəstəkləyirik.<br />
Məqsəd qrupu haqqında ilkin vəziyyəti, inkişafın istiqamətini və səviyyəsini, həmçinin əldə olunan nəticələri aydın şəkildə müəyyənləşdirmək üçün müxtəlif diaqnostik alətlərdən istifadə edirik. Bu yanaşma inkişaf prosesini daha fokuslanmış və ölçülə bilən edir.<br />
Biz biznes tərəfdaşlarının təlim və inkişaf təşəbbüslərindən gözlədiyi nəticələri müəyyənləşdirməyə kömək edir və proqramları bu nəticələrə uyğun şəkildə dizayn edirik. Eyni zamanda, arzu olunan dəyişikliyin dəstəklənməsi və möhkəmləndirilməsi üçün əlaqəli proses və sistemlərin uyğunlaşdırılmasına da dəstək oluruq.<br />
Təlimin keçirildiyi məkan vacibdir. Üstünlük verdiyiniz məkana görə təlim keçiririk. Seçimlərinizə əlavə olaraq 18 nəfərlik tam təchiz olunmuş təlim otağımız var. Təlim həllinin bir hissəsi olaraq bu məkanı sizə məmnuniyyətlə təqdim edəcəyik.
Kompleks inkişaf proqramının əvvəlində ilk olaraq iştirakçılarda FƏRQİNDƏLİK (1) yaratmaq və onları şəxsi inkişafla bağlı DƏYƏRLƏNDİRMƏYƏ (2) təşviq etmək vacibdir. Onlar bu dəyişimin özlərinə hansı faydalar verəcəyini və yeni kompetensiyaların gündəlik uğurlarına necə töhfə verəcəyini dərk etməlidirlər.
Yaxşı qurulmuş inkişaf prosesi yeni nəzəri biliklərin ÖYRƏNİLMƏSİNİ (3) və onların FƏAL TƏCRÜBƏDƏN KEÇİRİLMƏSİNİ (4) əhatə edir. Məlumatların qavranılması ideal olaraq, yeni öyrənilmiş bacarıqların təhlükəsiz bir mühitdə sınaqdan keçirilməsi və təcrübə ilə möhkəmləndirilməsi imkanı ilə davam etdirilməlidir.
GÜCLƏNDİRMƏ (5) mərhələsində iştirakçılar öyrəndikləri davranışları təkrar etməli, möhkəmləndirməli və bu bilikləri daha da dərinləşdirməlidirlər. Daha sonra TƏTBİQ (6) mərhələsində bu bacarıqları gündəlik iş həyatlarında tətbiq etməyə başlamalıdırlar. Bu proses əvvəlcədən dizayn olunmuş dəstəkləyici mühitdə, davamlı rəy, düzəliş və dəstək mexanizmləri ilə müşayiət olunmalıdır.
Prosesin sonunda isə PERFORMANS (7) mərhələsinə çatırıq. Bu mərhələdə gözlənilən düşüncə tərzi və yeni bacarıqlar artıq iştirakçının davranışına oturuşur və gündəlik fəaliyyətlərdə avtomatik olaraq özünü göstərməyə başlayır.
Biz 28 illik tarixə malik layihələrimizlə fəxr edirik. İstər birdəfəlik təlim və kompleks inkişaf proqramı olsun, istərsə də böyük beynəlxalq bir şirkət yaxud yerli kiçik və orta miqyaslı müəssisələr üçün nəzərdə tutulmuş layihələr olsun.
Kapital Bank, 2015-ci ildən etibarən Develor Azərbaycan ilə uğurlu əməkdaşlıq edir. İştirakçıların rəylərinə görə Develor Azərbaycan tərəfindən keçiri...
Daha çoxFərqanə Mammedova
İnsan Resursları Departamentinin direktoru
Bankımız artıq 3 ildir ki, Develor şirkəti ilə müxtəlif layihələr üzərində işləyir. Develor uğurlu nəticələrlə yüksək keyfiyyətli xidmətlər təklif edi...
Daha çoxPərviz Tahirov
İnsan Resursları Departamentinin direktoru
Develor təlimçiləri tərəfindən göstərilən peşəkarlıq və səriştəyə əsaslanaraq, Develoru etibarlı bir tərəfdaş hesab edirik və onları hər hansı bir təş...
Daha çoxSəidə Ağayeva
İnsan Resursları Departamentinin direktoru
Develor'u effektiv və məlumatlı təlim sessiyaları verən bir şirkət kimi tövsiyə edirəm.
Elşən Bədirxanov
Baş direktorun müavini
EMEA bölgəsindəki filial və strateji tərəfdaşlar şəbəkəsi ilə çoxmillətli layihələr üçün ideal tərəfdaşıq.
İllik müştərilər Daha çoxBağla
Peşəkarlar Daha çoxBağla
Ölkələr Ölkələrin siyahısı
Ölkələr Bağla
Avstriya, Azərbaycan, Bolqarıstan, Çexiya, Xorvatiya, Almaniya, Gürcüstan, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri
EMEA bölgəsindəki filial və strateji tərəfdaşlar şəbəkəsi ilə çoxmillətli layihələr üçün ideal tərəfdaşıq.
İllik müştərilər
Layihələr
Bağla
Layihələr
Təlim günləri
Bağla
Təlim günləri
İştirakçılar
Bağla
İştirakçılar
İllik müştərilər
Bağla
Peşəkarlar
Hesab menecerləri
Bağla
Menecerlər
Peşəkarlar
Bağla
Təlimçilər
Menecerlər
Bağla
Hesab menecerləri
Təlimçilər
Bağla
Ölkələr Ölkələrin siyahısı
Avstriya, Azərbaycan, Bolqarıstan, Çexiya, Xorvatiya, Almaniya, Gürcüstan, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri
Ölkələr Bağla