Başqalarını hərəkətə gətirmək və onları inandırmaq qabiliyyəti istər xarici, istər daxili danışıqlar, istər satış fəaliyyəti, istər inandırıcı təqdimat, yeni ideyanın satışı, istək üçün dəstək qazanmaq ya da təşəbbüsümüzə razılıq almaq olsun bütün biznes sahələrində əsas bacarıqlardandır.
Ünsiyyətimiz və ümumi davranışımızla istəməsək belə təsir yaradırıq ona görə də bunu şüurlu şəkildə yaratmağımız daha məqsədəuyğundur. Məsələ budur ki, başqalarını necə dürüst və uğurla təsir edə bilərik ki, qarşılıqlı faydalı, manipulyasiyadan uzaq nəticələr əldə edək?
Bu təlim iştirakçılara təqdimatlarını və danışıqlarda arqumentlərini necə daha cəlbedici və emosional olaraq təsirli etmək tərəfdaşlarının əməkdaşlıq üçün razılığını necə qazanmaq barədə öyrədir. Həmçinin insanları az şüurlu şəkildə güclü təsir edən amillərin fərqindəlik səviyyəsini artırır.
Diqqət – təsir etmənin və inandırıcı təqdimatın əsas prinsiplərinə yönəlib, lakin bu, həmçinin özünə dəyər və özünə inamın rolunu aydınlaşdırmağa kömək edəcək. Beləliklə, müzakirələrimiz üçün yaxşı atmosferin necə yaradılacağını və tərəfdaşlarımızın əsas ehtiyaclarını da nəzərə alan şəkildə onları necə inandırmağı daha yaxşı başa düşəcəyik.
Təlimin məqsədi
- ünsiyyət vasitəsilə təsirin göstərilməsi və fərqin yaradılması
- inandırıcı təqdimatların effektiv şəkildə hazırlanması və təqdim edilməsi
- müzakirə və danışıqlarda başqalarının inandırılması
- təsir üsullarının tanınması, şüurlu şəkildə istifadə edilməsi və idarə olunması
- manipulyasiyanın ayırd edilməsi və ona qarşı düzgün davranılması
Mövzular
- Aristotelin təsirli inandırmanın 3 əsas sütunu
- düzgün strukturlaşdırılmış təqdimatla ideyanı necə satmaq
- özünə dəyər anlayışı və onun atmosferə təsiri
- qarşılıqlı ziddiyyətli istəklər olduqda razılıq necə qazanılır
- Cialdinin təsir etmənin 6 prinsipini araşdırmaq və praktikada tətbiq etmək
- manipulyasiyanı necə ayırd etmək və idarə etmək