Hər səviyyə üzrə
8 - 12
2 gün
Münaqişələr düzgün şəkildə idarə olunmadıqda, işçi münasibətlərinin pozulmasına, yaradıcılığın və məhsuldarlığın azalmasına, hətta maliyyə resurslarının boşa xərclənməsinə səbəb ola bilər. Münaqişələrdən tamamilə yayınmaq mümkün deyil. Amma seçim bizimdir: ya bu qarşıdurmaların münasibətlərə mənfi təsir göstərməsinə yol veririk, ya da onları dəyişiklik üçün təkanverici bir fürsətə çeviririk.
Bu isə ilk növbədə münaqişələrin mahiyyətini daha dərindən anlamaqdan və effektiv münaqişə idarəetməsi strategiyalarını tətbiq edə bilməkdən keçir. Proqramımız məhz bu bacarıqları inkişaf etdirməyə yönəlib. Nəticədə iştirakçılar emosional yüklü münaqişə anlarında belə soyuqqanlılığını qoruyaraq, həll yönümlü düşünməyi və problemi konstruktiv şəkildə müzakirə edib uğurla nəticələndirməyi bacaracaqlar.

Proqram vasitəsilə şirkətin iştirakçıları münaqişələrin səbəblərini və növlərini anlayacaq, onları həll etmək üçün mümkün və məqsədəuyğun üslubları öyrənəcəklər. Təlim yüksək dərəcədə praktikaya əsaslanır və iştirakçılara münaqişələrin idarə olunmasına dair müxtəlif alətlər, texnikalar və nəzəriyyələr təqdim edir. Bu biliklər real situasiyalar və praktiki tapşırıqlar vasitəsilə mənimsənilir. Nəticədə münaqişələrin idarə olunması əməkdaşlıq qabiliyyətini gücləndirən və məmnuniyyət yaradan səmərəli bir vasitəyə çevrilir.
Təlimin məqsədi
Mövzular