Komanda əməkdaşlığının keyfiyyətinə bir sıra amillər təsir edir: fərdi motivasiya səviyyəsi, əməkdaşlar arasında etimad dərəcəsi, məqsədlərin aydınlığı, ümumi mesajın mövcudluğu, resurs çatışmazlığı və komanda daxilindəki ünsiyyətin zəifliyi. Çox hallarda, bu sahələrdəki çatışmazlıqlar komanda effektivliyini ciddi şəkildə zəiflədərək, şirkət daxilində mövcud proseslərin və alətlərin gücünü tamamilə kölgədə qoyur.
Bu təlimin əsas məqsədi – komanda ruhunu gücləndirmək və əməkdaşlığı inkişaf etdirməkdir ki, komanda üzvləri şirkətin ümumi məqsədlərinə tam fokuslana bilsin və bu yolda bir-birilərini aktiv şəkildə dəstəkləsinlər.
Hazırlıq mərhələsində biz komanda rəhbəri ilə birgə gözləntiləri müəyyənləşdirir, mövcud vəziyyətin diaqnostikasını aparır və komanda üzvlərinin proqramla bağlı daxili motivasiyasını gücləndiririk.

Təlimin Nəticələri: təlim zamanı komanda şəxslərarası münaqişələrin necə həll ediləcəyi ilə bağlı öz qaydalarını – Münaqişə Həll Protokolunu müəyyən edir. Bu protokol gələcəkdə münaqişə vəziyyətlərində gözlənilən davranışın formalaşmasına kömək edir. Təlimin ayrılmaz hissəsi olan “Hot Chair” fəaliyyətində hər bir menecer komandanın bütün üzvlərindən qarşılıqlı əməkdaşlıqla bağlı rəy alır. Bu nəticələr yazılı şəkildə işlənir və komanda ilə gələcək işin əsasını təşkil edir.
Dəstək mərhələsində konseptin nə dərəcədə başa düşüldüyü və qəbul edildiyi yoxlanılır, komanda rəhbəri ilə fəaliyyət planı nəzərdən keçirilir, şöbələrarası vasitəçilik və tətbiq diaqnostikası həyata keçirilir.
Təlimin məqsədi
- komanda, əməkdaşlıq keyfiyyətini necə artırılması və hər bir üzvün bu prosesə necə töhfə verə biləcəyi ilə bağlı özünəməxsus həll yollarının tapılması.
Mövzular
- komandanın 5 disfunksiyası
- diaqnostikanın nəticələrinin təqdimatı və müzakirəsi
- komanda daxilindəki fərqliliyin gücü və üstünlükləri
- açıq və konstruktiv rəyvermə mədəniyyəti
- uğura fokuslanan komandanın dəstəklənməsi