Hər səviyyə üzrə rəhbərlər üçün
8 - 12
1 gün
Bağlılıq müsahibəsi rəhbər və tabeçiliyində olan işçi arasında keçirilən, vaxtaşırı (illik və ya yarımillik) birbaşa və strukturlaşdırılmış müzakirədir. Bu, fərdin loyallığını (retention) və işə bağlılığını artıran amilləri müəyyən etmək və gücləndirmək üçün nəzərdə tutulmuş, iki tərəfli, dərindən və səmimi bir söhbətdir.
Bu proaktiv müsahibə metodundan istifadə etməklə işçiləriniz özlərinin vacib olduqlarını hiss edəcək, menecer-işçi münasibətlərində və komanda ab-havasında daha dürüst və etibarlı bir mühit yaranacaqdır. Təkcə bu yanaşma belə, işçilərin şirkətdə qalma faizinin və bağlılıq səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər. Bu həyati əhəmiyyətli mövzular üzrə açıq ünsiyyətin qurulması, aşkar edilmiş problemlər üçün hər iki tərəfə fayda verən (win-win) həll yolları tapmağa imkan verəcəkdir.

Proses və əsas prinsiplərdən əlavə, təlim zamanı düzgün müsahibə axınının hər bir mərhələsi ətraflı araşdırılacaq və təcrübədən keçiriləcəkdir. Menecerlər üçün mənalı söhbətlər aparmağa və səmərəli nəticələr əldə etməyə kömək edəcək addım-addım suallar silsiləsi təqdim olunacaq və onların ehtiyaclarına uyğun daha da təkmilləşdiriləcəkdir.
Bu, menecerlərə hətta çətin işçilərlə — ciddi emosional boşalmaların (ventilation) və ya mənfi rəylərin gözlənildiyi və peşəkarlıqla idarə edilməli olduğu hallarda belə — bağlılıq müsahibələrini həyata keçirmək üçün sabit, lakin çevik bir baza verəcəkdir. Bağlılıq müsahibəsi, təşkilatın müasir əmək bazarındakı meqatrendlərlə mübarizə aparmaq üçün hazırladığı kompleks bağlılıq həllinin ayrılmaz tərkib hissəsi kimi nəzərdə tutulub.
Təlimin məqsədləri
Mövzular