Biz auditoriyada davranış və ya yanaşma dəyişikliyinə nail olmağın yollarını öyrədirik – həm iştirakçılar, həm də təlimçilər üçün cəlbedici və tamamilə praktikaya əsaslanan bir şəkildə.
Hər bir təlim proqramının əsas məqsədi iştirakçılarda yeni bacarıqların formalaşmasına və bununla yanaşı, yeni davranışların tətbiqinə yol açan bir yanaşma dəyişikliyi yaratmaqdır. Lakin hər bir dəyişiklik kimi, burada da açıq və ya gizli müqavimət, eləcə də fərqli hazırlıq səviyyələri ilə qarşılaşmaq qaçılmazdır. Rahat və cəlbedici öyrənməyə imkan verən bir təlim mühitinin yaradılması isə əsl sənətdir.
Təlimçiləri bu sənəti peşəkar şəkildə icra edə bilməsi üçün lazımi bacarıqlarla təchiz etmək məqsədilə biz geniş və sistemli bir Təlimçi Akademiyası Proqramı hazırlamışıq. Bu proqramda iştirakçılar məlumatları yadda qalan şəkildə təqdim etməyin effektiv üsullarını öyrənir və tətbiq edirlər, müxtəlif öyrənmə üslublarını nəzərə alaraq iştirakçılarla necə işləməyi və onları necə cəlb etməyi öyrənirlər, eləcə də ruhlandırıcı və inkişafyönümlü öyrənmə mühiti yaratmağın yollarını mənimsəyirlər.
Müxtəlif elementlərin bir-birini şüurlu şəkildə tamamladığı və səmərəliliyi artırdığı hərtərəfli inkişaf prosesində, aşağıdakı proqram elementlərinin hər biri təlimçinin işində uğurlu fəaliyyət üçün vacib olan bir aspektə fokuslanır.

I. TƏLİMİN ƏSASLARI
Təlimə konseptual və praktik baxışla başlayırıq – Develor Təlimçi Akademiyası çərçivəsində ilk olaraq təlimin nə olduğunu, təlim keyfiyyətinin nə ilə ölçüldüyünü və onun təşkilatın ümumi effektivliyinə necə töhfə verdiyini aydınlaşdırırıq.Eyni zamanda təlimçinin kompetensiyaları, rolu və məsuliyyətləri də dəqiq şəkildə müəyyən edilir.
II. TƏLİM METODOLOGİYALARI
Təlim müddətində, onu effektiv edən metodologiyaları ardıcıl şəkildə araşdırırıq.
Buraya nəzəri biliklərin çatdırılması üçün interaktiv təqdimat və fasilitasiya metodları, eləcə də praktik tapşırıqlar daxildir.
Təlimin açılışı və bağlanışı, nəzəri mesajların verilməsi və tapşırıqların aparılması ilə bağlı bütün sənaye standartları əhatə olunur və praktika ilə möhkəmləndirilir.
Məşq və tətbiq üçün istifadə olunan bütün nümunələr və məzmunlar şirkətə aid real təlim materiallarına əsaslanır.
III. ÖYRƏNMƏ MÜHİTİNİN İDARƏ OLUNMASI
İştirakçıların idarə olunması, onların fərqli yanaşma və öyrənmə tərzlərindən istifadə olunması ilə bağlı standartlar nəzərdən keçirilir və geniş praktiki məşqlərlə tətbiq olunur.
Bu modulda həmçinin iştirakçı qrupunun rəy vasitəsilə inkişaf etdirilməsi və təlim materiallarının hazırlanmasının əsas prinsipləri də ön planda yer alır.
Təlimin məqsədləri
- şirkətin təlimləri zamanı effektiv, yaxşı strukturlaşdırılmış və əsas mesaja fokuslanan təqdimatların aparılması
- iştirakçıların diqqət və enerjisinin yüksək səviyyədə saxlanılması
- auditoriyanın aktiv şəkildə cəlb olunması və qarşılıqlı əlaqənin qorunması
- qrup dinamikasının və çətin iştirakçıların idarə olunması
- təlimin əyləncəli keçirilməsi və təsirinin uzunmüddətli olması
- təlim sessiyaları zamanı arzuolunan təsirin və nəticələrin əldə olunması
I. Təlimin əsasları
- təlimçinin rolu
- kommunikasiya bacarıqları
- əsas təlim metodologiyaları
II. Təlim metodologiyaları
- təlim sessiyasının strukturu
- hazırlıq
- diqqətin cəlb olunması və qorunması
- effektiv açılış
- təlim modullarının növləri və prosesi
- təlim tapşırıqlarının idarə olunması
III. Öyrənmə mühiti
- iştirakçı tipləri və onların idarə olunması
- müxtəlif iştirakçı tipləri ilə işləmək
- cəlbetmə və iştirakın yaradılması
- komanda dinamikası
- vaxtın idarə olunması