×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

  • linked
  • fb-exp
  • yt-icon
  • ig-icon
Services menu polygon-open polygon-close
  • Yanaşma və Düşüncə Tərzi
  • Liderlik və İdarəetmə
  • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
  • Şəxsi Produktivlik və Kommunikasiya
  • Teambuilding & Əməkdaşlıq
  • Qiymətləndirmə və Diaqnostika
  • HR Konsaltinq & Kouçinq
  • All services
icon1

Xidmətlər & Həllər-də tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün xidmətləri axtar
icon2

Mənbələrdə tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün mənbələri araşdır

Tarix

11 İyun 2026
11:00 - 12:30

Məkan

Online - ZOOM webinar

Kimin üçündür

Hamı üçün

Asertiv kommunikasiya:
Özünəəmin ol, sərhədlərini peşəkarcasına qoru!assertiv kommunikasiya

Nə susub daxilən gərginlik keçir, nə də aqressiv hiss et.
İş mühitində düzgün və net ünsiyyətin formulunu kəşf et.

İş həyatında tez-tez çətin vəziyyətlərlə qarşılaşırıq. Çox vaxt fərqli fikirdə olanda qarşı tərəf inciməsin deyə susmağı seçirik ya da özümüzü müdafiə edərkən bilmədən sərt tonlara keçirik.assertiv kommunikasiya

Halbuki, peşəkar uğurun və daxili rahatlığın açarı Asertiv (özünəəmin) kommunikasiyadır. Asertivlik — həm öz hüquqlarını qorumaq, həm də qarşı tərəfə hörmətlə yanaşmaq bacarığıdır. Fikirlərinizin gizlətmədən, dürüst və açıq şəkildə ifadə edilməsi işdəki məhsuldarlığı artırır, komandada sağlam mühit yaradır və sizi manipulyasiyalardan qoruyur.assertiv kommunikasiya

Nələri birlikdə öyrənəcəyik?assertiv kommunikasiyaassertiv kommunikaisya

  • Ünsiyyətin 3 tərəfi: Passiv, aqressiv və asertiv yanaşmalar; biz hansını, harada istifadə edirik?
  • “Mən” mesajının gücü: Qarşı tərəfi günahlandırmadan və hədəf almadan dürüst rəy (feedback) verməyin yolları.
  • Körpüləri yandırmadan “Yox” demək: İş mühitində nəzakətli, amma qətiyyətli sərhədlər qoymaq bacarığı.
  • Böhran anları: Gərgin iclaslarda, konfliktlərdə və çətin danışıqlarda soyuqqanlılığı necə qorumalı?

Bu vebinar kimin üçündür?assertiv kommunikasiya

  • İş yerində öz sözünü doğru, hörmət çərçivəsində demək və sağlam peşəkar münasibətlər qurmaq istəyən hər kəs üçün.

Tez-tez verilən suallar (FAQ)

Asertiv kommunikasiya nədir?

Asertiv (özünəəmin) kommunikasiya – insanın öz fikir, hiss və istəklərini qarşı tərəfin hüquqlarını pozmadan, dürüst, açıq və nəzakətli şəkildə ifadə etməsi bacarığıdır. Bu, nə passiv şəkildə susmaq, nə də aqressiv şəkildə basqı yaratmaqdır; tam olaraq qızıl ortadır.

Asertiv olmaqla aqressiv olmaq arasındakı fərq nədir?

Aqressiv ünsiyyətdə yalnız öz istəkləriniz önəmlidir və qarşı tərəfi günahlandırmaq, sözünü kəsmək normal sayılır. Asertiv ünsiyyətdə isə siz öz haqqınızı tələb edərkən qarşı tərəfə də hörmətlə yanaşır, ortaq məxrəcə gəlməyə çalışırsınız.

Vebinar ödənişlidir?

Xeyr, Develor tərəfindən təşkil olunan bu vebinar tamamilə ödənişsizdir. Lakin öncədən qeydiyyatdan keçmək mütləqdir.

Bu vebinar mənə iş həyatında necə kömək edəcək?

Vebinar sayəsində iş yerində əlavə və öhdəliyiniz olmayan tapşırıqlara nəzakətlə “yox” deməyi, rəhbərlik və həmkarlarınızla gərginlik yaşamadan net sərhədlər qoymağı və tənqidlərə qarşı soyuqqanlı reaksiya verməyi öyrənəcəksiniz.