Tarix
13 İyun, 2026
Məkan
Caspian Business Center
Kimin üçündür
Təlimçi olmaq istəyən hamı üçün
Təlimçilər üçün təlim (TOT) : Peşəkar təlimçi olmağın beynəlxalq yolu
Öz biliyinizi necə bir təlimə çevirə bilərsiniz?
Yəqin ki, öz sahənizdə kifayət qədər təcrübəniz var və bu bilikləri başqaları ilə bölüşmək istəyirsiniz. Amma bir məsələ var: yaxşı mütəxəssis olmaq hələ yaxşı təlimçi olmaq demək deyil. Çox vaxt ən maraqlı mövzular belə auditoriyanın enerjisizliyi və ya düzgün qurulmayan struktur səbəbindən boşa gedir. Azərbaycanda artıq 100-dən çox mütəxəssis məhz bu yoldan keçərək öz biliyini başqalarına doğru və təsirli şəkildə ötürməyi öyrənib. Develor-un 30 illik qlobal təcrübəsinə söykənən “Təlimçilər üçün Təlim” (TOT) proqramı ilə siz də sadəcə danışan deyil, dinlənilən və dəyişiklik yaradan bir təlimçiyə çevrilə bilərsiniz. Gəlin, təlimçilik fəaliyyətinizi beynəlxalq metodologiya ilə peşəkar səviyyəyə daşıyaq.
Niyə bizimlə başlamalısınız?
Biz təlimi “keçdik və bitdi” hesab etmirik.
Biz şirkətləri sadəcə iş yeri deyil, bir “inkişaf mərkəzi” kimi görürük. Proqramımız yalnız quru nəzəriyyədən ibarət deyil; burada həm Azərbaycandakı uğurlu təcrübəmiz, həm də 18 ölkədə sınanmış qlobal yanaşmamız var.
- Lokal etimad – Azərbaycanda artıq 100-dən çox məzunumuz var.
- Beynəlxalq güc – 18 ölkədə tətbiq olunan Develor metodologiyası ilə işləyirik.
- Davamlılıq – Öyrəndiklərinizin sadəcə kağız üzərində qalmaması üçün proqramdan sonra da tətbiq prosesində sizə dəstək oluruq.TOT
Bu təlim sizə nə qazandıracaq?
Bu proqrama qatıldığınızda yalnız təqdimat bacarığı qazanmırsınız, həm də peşəkar bir təlimçinin “gizli silahlarına” sahib olursunuz:
- Təlim quruculuğu – Sıfırdan mükəmməl bir dərs proqramı necə qurulur;
Auditoriya ilə bağ qurmaq – Sual verməyin gücü ilə insanları necə aktiv saxlamaq olar? Hətta ən “çətin” iştirakçı ilə belə dil tapmağı öyrənəcəksiniz.- Effektiv çıxış – Səsiniz, bədən diliniz və sözləriniz eyni məqsədə xidmət edəndə mesajınız yaddaşlara həkk olunur.
- Müasir toxunuş – Təlimlərinizi hazırlayarkən Süni İntellekt (AI) imkanlarından necə istifadə edib vaxtınıza qənaət edə bilərsiniz;
Bu proqramda sizi nə gözləyir?
Burada yalnız nəzəriyyə oxumuruq. Real mühitdə sınaqlar edirik ki, sabah auditoriya qarşısına çıxanda özünüzü tam rahat hiss edəsiniz:
- Effektiv ssenari – Təlimin ilk 5 dəqiqəsində diqqəti necə çəkməli və sonda insanların beynində hansı mesajı saxlamalı;
- İnsanları prosesə qatmaq – Sual-cavab sessiyalarını necə idarə etməli? Hətta ən səssiz iştirakçını belə müzakirəyə necə cəlb etməli;
- Çətin anlar – Təlim zamanı yaranan gözlənilməz vəziyyətlərdən və ya “çətin” iştirakçı tiplərindən necə idarə etməli;TOT

| Təlim Mövzuları | Standard Paket 850 AZN |
Genişləndirilmiş 1,250 AZN |
Premium Paket 1,450 AZN |
|---|---|---|---|
| Təlimin standart açılışı və bağlanışı | ✔ | ✔ | ✔ |
| Təlim kursunun tərkib hissələri | ✔ | ✔ | ✔ |
| Nəzəriyyənin çatdırılma üsulları | ✔ | ✔ | ✔ |
| İnteraktivliyin əsasları: sualların verilməsi və cavablandırılması | ✔ | ✔ | ✔ |
| Məşğələlərin yaradılması və keçirilmə prosesi | ✔ | ✔ | ✔ |
| Təqdimatların «Uğur» formulu | ✔ | ✔ | ✔ |
| Kommunikasiya kanalları: verbal, vokal və bədən dili | ✔ | ✔ | ✔ |
| Publik çıxışların harmoniya modeli | — | ✔ | ✔ |
| Təqdimatın məqsədi və mesajları | — | ✔ | ✔ |
| Süni intellekt və təlim | — | ✔ | ✔ |
| Kurikulumların yaradılması | — | ✔ | ✔ |
| Kursdan qabaq və sonra qiymətləndirmə hesabatı | — | — | ✔ |
| Fərdi qiymətləndirmə və peşəkar rəy | — | — | ✔ |
| Müddət | 24 saat | 40 saat | 40 saat + |

Tez-tez verilən suallar (FAQ)
Bu, sizin aktivliyinizdən asılıdır. Amma biz sizə elə bir “alət qutusu” veririk ki, kursun sonunda əlinizdə həm hazır təlim ssenariniz, həm də auditoriya qarşısında özünüzü sınadığınız təcrübəniz olur. Bizim məzunların böyük hissəsi artıq müstəqil şəkildə təlimlərini aparırlar.
Açığını desək, biz uzun mühazirələri sevmirik. Vaxtımızın təxminən 70-80%-i praktika, simulyasiya və rəy (feedback) üzərində qurulub. Siz öyrəndiyiniz hər bir texnikanı elə həmin an tətbiq edib nəticəsini görəcəksiniz.
Biz sizi proqramçı etmirik. Sadəcə bir təlimçi kimi ChatGPT və digər AI alətlərindən istifadə edərək, günlərlə çəkən araşdırma və təqdimat hazırlama prosesini necə bir neçə saata sığdıra biləcəyinizi göstəririk. Bu, vaxtınıza ciddi qənaət edəcək.
İşçilərin təlimlərdə darıxdığını və ya öyrəndiklərini tətbiq etmədiyini görürsünüzsə, bu proqram tam sizin üçündür. Biz sizə təlimi sadəcə “keçmək” deyil, şirkət daxilində real davranış dəyişikliyi yaratmaq metodlarını öyrədirik.
Develor sertifikatı dünyanın 18 ölkəsində tanınır. Bu, sizin beynəlxalq standartlara cavab verən bir metodologiya ilə işlədiyinizi sübut edir. Həm yerli, həm də xarici şirkətlər üçün bu sertifikat peşəkarlıq göstəricisidir.
Xüsusi bir təlimçilik keçmişinə ehtiyac yoxdur. Əgər öz sahənizdə bölüşə biləcəyiniz bir biliyiniz və öyrətmək həvəsiniz varsa, biz sizə qalan bütün texniki bacarıqları qazandıracağıq.