×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

  • linked
  • fb-exp
  • yt-icon
  • ig-icon
Services menu polygon-open polygon-close
  • Yanaşma və Düşüncə Tərzi
  • Liderlik və İdarəetmə
  • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
  • Şəxsi Produktivlik və Kommunikasiya
  • Teambuilding & Əməkdaşlıq
  • Qiymətləndirmə və Diaqnostika
  • HR Konsaltinq & Kouçinq
  • All services
icon1

Xidmətlər & Həllər-də tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün xidmətləri axtar
icon2

Mənbələrdə tapıldı

  • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
Bütün mənbələri araşdır

Tarix

20 Noyabr, 2025
11:00 - 12:30

Məkan

Online - ZOOM webinar

Kimin üçündür

Hamı üçün

Stressin idarə edilməsi bu gün hər bir insan üçün vacib bacarıqdır. Əslində, stress  o qədər də pis deyil. O, həyatımızın bir hissəsidir və düzgün yönləndirildikdə bizə kömək edə bilər. Məsələn, stress bizi hərəkətə gətirir, diqqətimizi artırır və məqsədlərimizə çatmaq üçün enerji verir.

Lakin çox vaxt biz stressi yalnız mənfi hal kimi görürük. Onu idarə etməyi öyrənmək əvəzinə, ondan qaçmağa çalışırıq. Bununla belə, stresslə mübarizə qaçmaqla deyil, onu tanımaq və düzgün idarə etməklə mümkündür. Stressdən qaçmaq problemi həll etmir, əksinə, onu daha da gücləndirir.

Nəticədə, idarə olunmayan stress bizi zəiflədir. Diqqətimiz dağılır, motivasiyamız azalır və bədənimiz gərgin olur. Beləliklə, həm işdə məhsuldarlıq düşür, həm də şəxsi rifah pozulur. Halbuki, stressin idarə olunması bu təsiri dəyişə bilər. Stressi anlamaq və onunla işləməyi öyrənmək balanslı və sakit qalmağın açarıdır.

Nələri birlikdə öyrənəcəyik ?

  • Stressin iki üzü: DistressEustress – onların fərqini necə tanımalıyıq və öz xeyrimiziə necə işlətməliyik
  • Ani stress anları üçün texnikalar: nəfəs, fokus və bədən–zehin “reset” üsulları
  • Mikro-vərdişlər: cəmi 1 dəqiqədə tətbiq edilən və gün ərzində stressi azaldan kiçik addımlar
  • Real situasiyalar: zəng etməzdən əvvəl, təqdimat zamanı və konflikt anında necə hərəkət etməliyik

Kimin üçündür ?

  • Bu vebinar hamı üçündür.
    Çünki stress hər birimizin həyatında var, işdə də, evdə də, gündəlik qərarlarımızda da hiss olunur.

Stress hər yerdədir, amma onunla necə davranacağımız bizim seçimimizdir.

Stressin idarə edilməsi

Stressin idarə edilməsi