Tarix
20 May, 2026
Məkan
Caspian Business Center
Kimin üçündür
Hamı üçün
Insights Discovery: Şəxsi Effektivlik (Personal Effectiveness) təlimi
Öz potensialınızı kəşf edin və Şəxsi produktivliyinizi qlobal standartlarla artırın
Siz nə qədər səmərəli işləyirsiniz? Günün sonunda hədəflərinizə çatmağınıza nə mane olur? Uğurlu karyera və yüksək produktivlik yalnız çox işləmək deyil, öz daxili enerjinizi və davranış modelinizi düzgün idarə etməkdir.
Develor Azərbaycan olaraq, Azərbaycanda yeganə rəsmi nümayəndəsi olduğumuz qlobal Insights Discovery metodologiyasını təqdim edirik. Bu proqram şəxsi səmərəliliyinizi (Personal Effectiveness) elmi əsaslarla yeni səviyyəyə daşımaq üçün dizayn edilmişdir.
Insights Discovery nədir ?
Insights Discovery, Karl Yunqun psixoloji tiplər nəzəriyyəsinə əsaslanan və fərdlərin davranış modellərini 4 rəng enerjisi vasitəsilə izah edən dünyaca məşhur bir sistemdir. Bu metodologiya mürəkkəb insan davranışlarını sadə, yadda qalan və tətbiq oluna bilən rəng kodlarına çevirir. Təlim boyu bu enerjilərin produktivliyinizə təsirini kəşf edəcək və onlardan səmərəli istifadə yollarını öyrənəcəksiniz:
🔴 Qırmızı enerji – Söhbəti uzatmadan birbaşa məqsədə, nəticəyə və konkret fəaliyyətə fokuslananlar üçün.
🔵 Mavi enerji – Hər addımın arxasında məntiq, fakt, dəqiqlik və yüksək keyfiyyət axtaranlar üçün.
🟡 Sarı enerji – İşə yaradıcılıq, yüksək dinamika, enerji və yeni ideyalar qatanlar üçün.
🟢 Yaşıl enerji – İş mühitində səmimiyyətə, qarşılıqlı etibara və daxili balansa önəm verənlər üçün.
Təlim Sizə nə qazandıracaq?
Bu sadəcə nəzəriyyə deyil, real nəticələrə söykənən inkişaf proqramıdır. İştirakçılar təlimdən öncə beynəlxalq qiymətləndirmədən keçir və aşağıdakı üstünlükləri əldə edirlər:
- 20 Səhifəlik fərdi profil – Güclü tərəflərinizi, inkişaf sahələrinizi və produktivlik xəritənizi əks etdirən geniş, fərdi hesabat.
- Adaptasiya bacarığı – Fərqli iş mühitlərinə və müxtəlif insan tiplərinə çevik uyğunlaşma yolları.
- Məhsuldarlıq artımı – Enerjinizi hansı istiqamətə yönəltməli olduğunuzu rəqəmlərlə və faktlarla görmək imkanı.
- Beynəlxalq Sertifikat – Dünyanın aparıcı şirkətləri tərəfindən tanınan metodologiya ilə peşəkar inkişaf.
Təlim haqqında məlumat:
Format – Əyani (Praktik tapşırıqlar və simulyasiyalarla).
Məkan – Caspian Business Center.
Müddət – 1 tam iş günü (7 saat).
Təlimçi – İnsafəli Səmədov
İştirak haqqı – 390 AZN.
Qiymətə daxildir – Insights Discovery fərdi profili, nahar, kofe-fasilələr və təlim materialları.
Niyə Develor Azərbaycan?
Beynəlxalq Develor şəbəkəsinin bir hissəsi olaraq, 30 ildən artıq qlobal və Azərbaycan bazarında 12 illik zəngin təcrübəmizlə həm fərdi peşəkarların, həm də korporativ komandaların inkişafına dəstək veririk. Fəaliyyətimiz dövründə bankçılıq, telekommunikasiya, energetika, FMCG və istehsalat kimi müxtəlif strateji sahələrdə aparıcı qurumların və minlərlə peşəkarın etibarlı tərəfdaşına çevrilmişik.
Insights Discovery metodologiyasının Azərbaycandakı yeganə rəsmi nümayəndəsi olmağımız bizə orijinal qlobal alətləri yerli bazarın spesifik ehtiyaclarına uyğunlaşdırmaq imkanı verir. Biz sadəcə təlim keçmirik; fərqli sektorlardakı dərin təcrübəmizə dayanaraq, peşəkarların fərdi effektivliyini və komandaların daxili sinerjisini artıran ölçüləbilən həllər təqdim edirik.
Şəxsi produktivliyinizi və komandanızın səmərəliliyini qlobal ekspertiza ilə artırmaq üçün elə indi müraciət edin!
İndi qeydiyyatdan keçin!
Tez-tez verilən suallar (FAQ)
Təlim həm fərdi, həm də peşəkar həyatda şəxsi səmərəliliyinizi (produktivliyinizi) artırmağa kömək edir. Siz öz davranış modelinizi kəşf edəcək, güclü tərəflərinizi rəqəmlərlə görəcək və fərqli xarakterli insanlarla (həmkarlar, rəhbərlər, müştərilər) daha sürətli ortaq dil tapmağı öyrənəcəksiniz.
Təlimdən bir neçə gün öncə sizə beynəlxalq Insights sisteminə giriş linki göndərilir. Orada onlayn qiymətləndirməni tamamladıqdan sonra, sistem sizin cavablarınız əsasında tamamilə sizə özəl, 20 səhifəlik ətraflı hesabat hazırlayır. Bu hesabat təlim günü sizə çap olunmuş formada təqdim edilir.
Bəli, bu təlim hər kəs üçün açıqdır. Şəxsi səmərəlilik (Personal Effectiveness) peşəsindən və vəzifəsindən asılı olmayaraq hər bir fərd üçün universal bacarıqdır. İstər öz karyerasına yeni başlayan bir gənc, istər təcrübəli mütəxəssis, istərsə də bankçılıq, telekommunikasiya və energetika kimi fərqli sektorlarda çalışan komanda rəhbəri olun – bu proqram öz potensialını maksimuma çatdırmaq istəyən hər kəs üçün nəzərdə tutulub.
390 AZN iştirak haqqına aşağıdakılar daxildir:
- Beynəlxalq Insights Discovery fərdi profili (hesabatı);
- 1 tam günlük peşəkar təlim proqramı;
- Təlim materialları və vəsaitlər;
- Nahar və kofe-fasilələri.
Təlim, Caspian Business Center-də, oflayn formatda keçirilir. Proqram praktik tapşırıqlar, simulyasiyalar və interaktiv müzakirələr üzərində qurulub.