L&D Kaleidoscope Tədqiqatı – Avropa və Orta Şərq regionlarında HR və Təlim / İnkişaf sahəsində dəyişən prioritetləri, çağırışları və potensial imkanları araşdıran genişmiqyaslı tədqiqat təşəbbüslərindən biridir.
2024-cü ildə pandemiyadan sonrakı vəziyyətin qiymətləndirilməsi məqsədilə başlayan bu təşəbbüs, qısa müddətdə hər il keçirilən önəmli araşdırmalardan birinə çevrildi. 2025-ci ildə keçirilən tədqiqata əsasən 24 ölkədən 1,770-dən çox peşəkarların fikir və nəticələrini toplayaraq, şirkətlərin tez-tez dəyişikliklərin yaşandığı dövrdə liderliyin inkişafı, rəqəmsallaşdırılma, əməkdaşların işə bağlılığı və psixoloji rifahı kimi sahələrə necə yanaşdığını ortaya çıxardı. Nəticələr 2025 L&D Kaleidoscope Hesabatında paylaşıldı və o vaxtdan bəri regiondakı HR və L&D peşəkarları üçün dəyərli istinad mənbəyinə çevrildi.
2026-cı il buraxılışı isə bu mənbənin istinadlarına əsaslanaraq, iş mühitində öyrənmənin necə dəyişdiyini və qarşıdan gələn növbəti ildə hansı prioritetlərin ön plana çıxacağını daha dərindən göstərməyi hədəfləyir.
L&D Kaleidoscope Tədqiqatı nə üçün vacibdir ?
Qısa sorğular və ənənəvi statistikalardan fərqli olaraq, L&D Kaleidoscope Tədqiqatı həm çoxlu sayda məlumatları, həm də peşəkarlarla aparılan müsahibələri özündə birləşdirir. Bu, aktual məsələləri həm geniş, həm də dərindən anlamağa imkan verir. Belə yanaşma sayəsində peşəkarlar yalnız hazırda baş verən çətinlikləri başa düşmür, həm də gələcək imkanları və perspektivləri görərək onlara uyğun olaraq hazırlaşa bilirlər.
HR və L&D mütəxəssisləri üçün iştirakın önəmi:
- Ölkələr və fərqli sahələr üzrə həmkarlarla müqayisə apararaq strategiyaların qiymətləndirilməsi
- Digər tədqiqatlarda olmayan unikal məlumatlara çıxışın əldə edilməsi
- Növbəti 12–24 ay ərzində öz peşələrinə təsir edəcək yeni trendlərə hazırlaşmaq
İştirakçılar üçün yalnız onlara aid üstünlüklər:
- L&D Kaleidoscope 2026 Hesabatına ilk əldə edəcəklər
- Bu tədqiqat vasitəsilə siz həm beynəlxalq, həm də Azərbaycanda Öyrənmə və İnkişaf sahəsinin gələcəyinə töhfə verə bilərsiniz
- DEVELOR-un 2026-cı ilin birinci rübündə keçiriləcək xüsusi beynəlxalq vebinarına dəvətli olmaq, burada nəticələr ekspertlərlə birlikdə təqdim ediləcək və müzakirə olunacaq
Bu, iştirakçıların prioritetlərin necə dəyişdiyini ilk öyrənənlər arasında olmasına imkan yaradır. Məsələn, öyrənmə və inkişaf sahəsində süni intellektin rolu, liderlik bacarıqlarının önəminin artması və əməkdaşların işə bağlılığı ilə bağlı strategiyaları dəyişilməsini misal göstərmək olar.
DEVELOR-un Qlobal CEO-su Zsolt Pozvai bu təşəbbüsün əhəmiyyətini belə vurğulayır:
“L&D Kaleidoscope Tədqiqatı təkcə Təlim və İnkişaf sahəsinin cari vəziyyətini əks etdirməklə yanaşı, eyni zamanda gələcək üçün praktik bir rəhbər rolunu əvəz edən nadir tədqiqat proqramlarından birinə çevrilib. Hər il süni intellekt əsaslı öyrənmənin yüksəlişindən liderlik bacarıqlarının yenidən təsnifatlandırılmasına qədər yeni nümunələr ortaya çıxır. İştirak edərək mütəxəssislər yalnız dəyərli məlumatlara erkən çıxış əldə etmir, həm də regionumuzun kollektiv bilik bazasının formalaşmasına öz töhfələrini verirlər. Elə bu səbəbdən tədqiqat bu qədər güclü və əhəmiyyətlidir.”
2026 L&D Kaleidoscope Tədqiqatının bir hissəsi olun
L&D Kaleidoscope həm tədqiqat, həm də kollektiv zəkanın (düşüncə) öz platformasıdır. Fikrinizi bizimlə paylaşaraq HR və Təlim / İnkişaf sahəsinin Avropa və Orta Şərq regionlarında necə uğurla dəyişdiyini daha aydın və hər tərəfli görməyə töhfə verirsiniz.
İndi tədqiqatda iştirak edin və iş yerində öyrənmənin gələcəyinə töhfə verin: https://www.esurveyspro.com/s/544032/Kaleidoscope2026
Ötən ilin araşdırmasının nəticələrini öyrənmək istəyənlər üçün L&D Kaleidoscope 2025 Hesabatının tam versiyası onlayn şəkildə əlçatan olaraq qalır.
