×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Yuxarı Rəhbərlər

    Hər səviyyə üzrə rəhbərlər

    Layihə komandası

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    1/2 gün

    Həyatımızda elə anlar olur ki, çevik qərar vermək, sürətlə həll yolu tapmaq və bunu komanda ilə birlikdə dərhal tətbiq etmək zərurətə çevrilir. Zaman təzyiqinin yaratdığı gərginlik isə bu prosesi daha da çətinləşdirir. Belə kəskin, lakin təhlükəsiz və nəzarət olunan mühitdə təcrübə qazanmaq real həyatda oxşar vəziyyətlərin uğurla idarə olunmasına böyük töhfə verir.

    Fly for Life – strateji planlaşdırma, komanda əməkdaşlığı və zaman təzyiqi altında işləmə bacarığını sınaqdan keçirmək üçün hazırlanmış kompleks təcrübə əsaslı öyrənmə simulyasiyasıdır. Simulyasiyada iştirak edənlər adi təlim üsullarından kənar, əyləncəli və qeyri-standart komanda fəaliyyətində iştirak edərək öz bacarıqlarını yoxlama imkanı əldə edirlər. Təhlil (debriefing) mərhələsində gündəlik iş reallığına edilən refleksiya, iştirakçılara öyrəndiklərini real iş mühitində tətbiq etməyə yardım edir.

    Fly for life simulation program

    BU HƏYƏCANLI SİMULYASİYA PROQRAMI ƏRZİNDƏ iştirakçılar təlimçi tərəfindən canlandırılan bort bələdçisi rolu vasitəsilə kommersiya reysi atmosferinə daxil olurlar. Təyyarəyə mindikdən sonra uçuşun qalxma və səmada hərəkət mərhələsini müşahidə edirlər. Təxmini enişdən təxminən bir saat əvvəl bort bələdçisi sərnişinləri kokpitdə baş verən vəziyyət barədə məlumatlandırır: pilotlar qida zəhərlənməsi səbəbilə uçuşu idarə edə bilmir və təyyarə autopilot rejimində hərəkət edir. Bort bələdçisinin təcrübəsi isə kifayət qədər deyil və pilotların vəziyyəti onun daimi diqqətini tələb edir. Beləliklə, Boeing artıq sərnişinlərin ixtiyarına keçir. Bu andan etibarən Düsseldorf hava limanına enişin məsuliyyəti onların üzərinə düşür. Simulyasiya iştirakçılardan komanda olaraq qərar vermə, liderlik, çeviklik və soyuqqanlılıqla hərəkət etmə bacarıqlarını ortaya qoymalarını tələb edir.

    Təlimin məqsədləri

    • qərarvermə effektivliyini artırmaq
    • şəxsi və təşkilati səviyyədə əməkdaşlıq və ünsiyyətin gücləndirilməsi

    Mövzular

    • strateji düşüncə və planlaşdırma
    • komanda əməkdaşlığı və effektiv ünsiyyət
    • mürəkkəb məlumatlar və tapşırıqlarla işləmək
    • tapşırıqların ötürülməsi və komanda liderliyi
    • zaman təzyiqi altında qərarvermə bacarığı
    • gözlənilməz situasiyaların idarə olunması və strategiyanın uyğunlaşdırılması
    • simulyasiyanın real layihə planlaşdırması ilə əlaqəsi

     

    Əlaqəli həllər