Onboarding – yeni işçinin şirkətə və onun mədəniyyətinə inteqrasiya prosesi, həmçinin komandanın məhsuldar üzvünə çevrilməsi üçün lazım olan alət və məlumatlarla təmin olunmasıdır. Əsas çağırış isə bu prosesi eyni zamanda səmərəli, emosional baxımdan dəstəkləyici və bağlılığı artıran şəkildə həyata keçirməkdir. Üstəlik, hazırkı şəraitdə və uzaqdan işləyən əməkdaşlar üçün bu prosesin böyük hissəsi onlayn baş verməlidir.
Proses mövcud praktikanın qiymətləndirilməsi ilə başlayır: rollar və məsuliyyətlər, adaptasiya materialları, təlim sənədləri, istifadə olunacaq sistemlər, ilkin paketlər və xoş qarşılanma hədiyyələri nəzərdən keçirilir. Qiymətləndirmə mərhələsi ya geniş əhatəli, ya da bir həftəlik mini-diaqnostika formasında ola bilər. Yeni qəbul olunmuş əməkdaşların təəssüratları isə təşkilati dəyərlər, güclü və zəif tərəflər barədə qiymətli baxış bucağı təqdim edi

Dizayn və inkişaf mərhələsində onboarding prosesinin bütün mərhələləri yenidən nəzərdən keçirilə bilər: zaman xətti dəyişdirilir, fəaliyyətlər optimallaşdırılır, təlim materialları yenilənir, strukturlaşdırılır və daha cəlbedici formada təqdim olunur. Biz hər bir mərhələ üzrə (məsələn, 1-ci gün, 1-ci həftə) konkret və praktiki təkliflər təqdim edirik.
Tətbiq mərhələsində sizi tək buraxmırıq – prosesi yaxından dəstəkləyirik. Bu dəstəyə birbaşa rəhbərlərin, daxili təlimçilərin, həmçinin insan resursları, İT və compliance üzrə məsul şəxslərin təlimi daxildir. Tətbiqin keyfiyyətini ölçmək və ehtiyac olan sahələri vaxtında müəyyənləşdirmək üçün öncədən təyin olunmuş indikatorlardan ibarət panel (dashboard) tövsiyə olunur.
Prosesə strukturlaşdırılmış yanaşma və ümumi baxış üçün İşçi Yol Xəritəsinin Qurulması (Employee Journey Mapping) metodu tətbiq olunur. Bizim diqqət yalnız sınaq müddəti ilə məhdudlaşmır – rəsmi təklifin verildiyi andan başlayaraq bütün mərhələlər əhatə olunur. Prosesi həm asistent, həm də yaradıcı tərəfdaş kimi dəstəkləyirik – beynəlxalq nümunələr, benchmarklar və ən yaxşı təcrübələr təqdim edirik.