×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Hər səviyyə üzrə

    İştirakçı sayı

    5 - 12

    Müddəti

    4 x 120 dəqiqə

    Bu gün məsafədən işləmə tərzi ofisdəki iş şəraitindən kəskin şəkildə fərqlənir. Tapşırıqların və zamanın idarə olunmasında ənənəvi yanaşmalar ev şəraitində çox zaman effektli olmur. Məsafədən iş şəraitində səmərəli qalmaq üçün daha çevik və fərqli bir yanaşmaya ehtiyac var – bu yanaşma həm məhsuldarlığın qorunmasına, həm də tükənmişliyin qarşısının alınmasına dəstək olmalıdır.

    Təlimin məqsədi iştirakçıların məsafədən işləmə şəraitinə uğurla uyğunlaşmasına, yüksək məhsuldarlıq səviyyəsinin saxlanmasına və iş-həyat balansının qorunmasına dəstək olmaqdır.

    Təlim proqramı, amerikalı müəllif David Allen tərəfindən hazırlanmış Getting Things Done (GTD) metoduna əsaslanır və məsafədən işləmə reallıqlarına uyğunlaşdırılıb. Bu metod məsafədən işləyərkən tapşırıqların və zamanın optimallaşdırılmış şəkildə idarə olunması üçün etibarlı bir əsas yaradır. Proqram eyni zamanda məhsuldarlığı artırmaq üçün praktik tövsiyələr, həyat hackləri və məsafədən işin təşkilinə dair müasir yanaşmalarla tamamlanır. Bu yanaşma iştirakçılara məsafədən işləmə reallığını nəzarətdə saxlamağa, irəliləyiş yaşamağa və gündəlik işi rahatlıqla idarə etməyə imkan verir.

    Efficient at home

    Təlim zamanı iştirakçılar məsafədən işləmə üçün effektiv yanaşmanın qurulmasına kömək edən 4 əsas prinsip ilə tanış olacaqlar. Onlar təqdim olunan kompleks sistemi dərindən öyrənəcək və təlimin gedişində bu sistemin tətbiqinə başlayacaqlar. İştirakçılar öz iş məkanlarını yenidən təşkil etməyi, məhsuldarlığı artıran alət və texnikalardan istifadə qaydalarını öyrənməyi bacaracaq və məsafədən işləyərkən daha az stres yaşayıb daha çox nəticə əldə etməyə doğru real addımlar atacaqlar.

    Təlimin  məqsədləri

    • məsafədən işləmənin üstünlükləri və çətinlikləri ilə bağlı fərqindəliyin artırılması
    • ev ofis şəraitində şüurlu və effektiv tapşırıq və zaman idarəetmə prosesinin qurulması yollarının müəyyənləşdirilməsi
    • məsafədən işləyərkən ünsiyyətin və əməkdaşlığın effektivliyinin təmin olunması yollarının öyrənilməsi
    • evdən işləyərkən iş-həyat balansını qorumaq üçün praktik ideyaların əldə olunması

    Mövzular

    • xüsusilə ev ofis şəraitində məsafədən işləmənin üstünlüklərinin və çətinliklərinin araşdırılması
    • məsafədən işləmədə məhsuldarlığın 4 əsas prinsipinin öyrənilməsi
    • hazırlaşmaq, toplamaq, emal etmək, təşkil etmək mərhələlərindən ibarət aktiv tapşırıq idarəetmə prosesinin mənimsənilməsi
    • qısa müddətli dövri baxış vərdişinin formalaşdırılması və məsafədən işləyərkən motivasiyanın qorunması
    • ev ofis şəraitində iş-həyat balansının qorunması yollarının öyrənilməsi
    • evdə işləyərkən təxirəsalma və yayındırıcı amillərlə mübarizə yollarının öyrənilməsi
    • məsafədən işləmənin yaratdığı ünsiyyət və əməkdaşlıq çətinliklərinin aşılması üçün effektiv yanaşmaların öyrənilməsi

    Əlaqəli həllər