Necə işləməli və əməkdaşlıq etməliyik ki, öz sağlamlığımızı və ətrafımızdakılarnkini birinci yerə qoyaq? Pandemiyanın yenidən alovlanmasının qarşısını necə almaq olar — xüsusilə də bu yoluxma iş yoldaşlarımız arasında yayılsa, biznesimiz üçün ciddi risk yarada bilər? Təhlükəsizlik tədbirlərini qismən bilmək, yanlış bilmək və ya sadəcə tətbiq etməmək bu günə qədər nə bizə, nə komanda yoldaşlarımıza, nə də yaxınlarımıza bu qədər təhlükə yaratmamışdı.
Yüksək interaktivliklə keçirilən onlayn təlimimizdə, sağlamlıq və təhlükəsizlik mədəniyyətinin həm düşüncə, həm də davranış səviyyəsində əsasları qoyulur. Təlim iş yerinə dönüş zamanı bir-birimizi necə qorumağın yollarını əhatə edən konkret təhlükəsizlik protokollarının öyrədilməsinə əsaslanır.
Təlimin ilk sessiyasında təhlükəsizlik tədbirlərinin vacibliyinin anlaşılması və qəbul olunması üzərində dayanırıq. Ardınca isə gündəlik ofis həyatında tez-tez qarşılaşdığımız vəziyyətlər üçün praktik bacarıqların öyrənilməsi və tətbiqi mərhələsinə keçirik: maskadan düzgün istifadə qaydaları, əlcəklərin təhlükəsiz şəkildə taxılıb çıxarılması, sənədlər, məktublar və dəftərxana ləvazimatları kimi obyektlərə toxunarkən diqqət edilməli məqamlar və digər vacib protokollar.

İkinci sessiyada diqqəti kollektiv məsuliyyətə yönəldirik və həmkarlarla qarşılıqlı əlaqə tələb edən vəziyyətlərdə təhlükəsizlik aspektlərini birlikdə araşdırırıq — iş masasının arxasında işləmək, ümumi istifadə olunan sahələrdə hərəkət etmək və ya iclas otağında fərdi görüş keçirmək kimi gündəlik halları nəzərdən keçiririk. Həmçinin ofisə gələn qonaqların təhlükəsiz və rahat şəkildə qarşılanması və idarə olunması ilə bağlı prinsiplər və praktik yanaşmalar da müzakirə olunur. Və əlbəttə ki, qaydaları pozan və ya nəzərə almayan şəxslərlə necə davranmalı, belə hallarda nə etməli olduğumuz barədə də açıq və faydalı fikir mübadiləsi aparırıq.
Təlimin məqsədləri
- məsuliyyətli və COVID təhlükəsiz davranışların səbəblərinin və əhəmiyyətinin dərk olunması
- şəxsi təhlükəsizlik, həmkarlarla və xarici qonaqlarla işləmək üçün konkret qoruyucu qaydaların öyrənilməsi
Mövzular
- ehtiyat tədbirlərinin niyə vacib olduğunun başa düşülməsi – virusun biologiyası və riyaziyyatının təhlükəsizlik prizmasından izah olunması
- təhlükəsizlik səviyyələrinin fərqləndirilməsi
- fərdi qorunma protokollarının öyrənilməsi – fiziki məsafənin qorunması, əllərin gigiyenası, qoruyucu vasitələrdən istifadə
- həmkarlarla təhlükəsiz şəkildə işləmə – masa arxasında, ümumi istifadə olunan sahələrdə və görüşlər zamanı COVID təhlükəsizliyinin təmin olunması
- qonaqların və ziyarətçilərin ofisdə qəbul olunması – həm özümüzün, həm də onların rahat və təhlükəsiz şəkildə qorunmasının təmin olunması
- qayda pozanlara yanaşma – kimsə qaydaları pozduqda necə davranmalı və hansı addımları atmalı olduğumuzun öyrənilməsi