×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Hər səviyyə üzrə

    Hər səviyyə üzrə olan satış əməkdaşları

    Orta səviyyəli və şöbə rəhbərləri

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    2 gün

    Stress yaxşı nəticə göstərmək üçün zəruridir və onu düzgün idarə etdikdə bizi ruhlandıra və motivasiya edə bilər. Bu, arzularımıza və məqsədlərimizə çatmaq yolunda qarşımıza çıxan maneələri aşmaq üçün daxili təkan verir. Lakin əgər stress nəzarətdən çıxarsa, bu, sağlamlığımıza zərər verə, performansımızı azalda və özünəinamımızla daxili balansımızı təhlükə altına ata bilər.

    Stressin şüurlu şəkildə idarə olunması insanlara çevik və dayanıqlı davranış tərzi formalaşdırmağa kömək edir və bu isə həm kollektiv mühitdə ahəngdar işləməyə, həm də fiziki və zehni sağlamlığın qorunmasına şərait yaradır. Təlimimiz fərdi stress faktorlarının tanınmasını artırmaqla, müxtəlif öhdəsindən gəlmə və stressdən azad olma strategiyalarını təqdim etməklə bu prosesdə dəstək olur. Beləliklə, həm şəxsi, həm də peşəkar həyatda həddindən artıq stressin yaratdığı mənfi təsirlərin qarşısını almağa kömək edir.

     

    Təlim zamanı stressin səbəbləri, mərhələləri və fərdi həssaslıq faktorları xüsusi anketlər və tapşırıqlar vasitəsilə təqdim olunur, müzakirə edilir və qiymətləndirilir. İştirakçılara effektiv stress idarəetmə strategiyalarını formalaşdırmaqda kömək edirik və həyatın bütün sahələrində balansı qoruyaraq yüksək performans göstərmək üçün müxtəlif stress azaldıcı texnikaları öyrədirik.

     

    Proqramın sonunda iştirakçıların sahib olacağı bacarıqlar:

    • öz fərdi stress səviyyəsinə təsir göstərməyi
    • stressi daha yaxşı idarə etməyi
    • həm özlərində, həm də başqalarında stressin əlamətlərini tanımağı
    • vəziyyəti həll etmək üçün ən uyğun öhdəsindən gəlmə strategiyasını seçib tətbiq etməyi bacaracaqlar

    Mövzular

    • stressin tərifi və təsirləri, müsbət və mənfi stress, əlamətləri
    • stress və performans arasındakı əlaqə, qısa və uzunmüddətli təsirlər
    • stressin fərdi səbəbləri və mümkün reaksiya formaları + stress səviyyəsi ölçümü (özünü diaqnostika)
    • stressin mərhələləri
    • tükənmişlik (burn-out)
    • öhdəsindən gəlmə (coping) strategiyaları
    • alternativ stress idarəetmə texnikaları

    Əlaqəli həllər