×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Hər səviyyə üzrə rəhbərlər üçün

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    1 - 2 gün

    “Səlahiyyətləndirmə” anlayışı son illər liderlikdə populyar terminə çevrilib, lakin çox az lider bu anlayışın əsl mahiyyətini bilir, daha da azı isə onu real iş həyatında tətbiq edə bilir.

    Aydın yanaşmaların və dəqiq istiqamətlərin olmaması bizi bu üsuldan istifadə etməkdən çəkindirə bilər. Halbuki səlahiyyətləndirmə təşkilatlar üçün son dərəcə faydalı ola bilər – bu yanaşma, şirkətlərin kütlədən seçilməsi üçün fərq yarada bilər.

    Səlahiyyətləndirmənin faydaları hər kəsə məlumdur: səlahiyyət verilmiş əməkdaşlar onlardan nə gözlənildiyini anlayır, fəaliyyətlərinin şirkətin uğuruna necə töhfə verdiyini bilirlər və gördükləri işlə bağlı qərar verməyə məsuliyyətlə yanaşırlar. Amma bütün bunlara necə nail ola bilərik? Əməkdaşları necə səlahiyyətləndirə bilərik – bu, ümumiyyətlə mümkündürmü? Ən azı edə biləcəyimiz bir şey var: öz-özümüzü səlahiyyətləndirmək, yəni daxili gücümüzü artırmaq və nümunə olaraq bu mədəniyyətin formalaşmasına təkan vermək.

    Leading through empowerment

    Proqramın məqsədi – səlahiyyətləndirmənin şirkətə və insanlara nə qazandırdığını dərindən anlamaq və lider olaraq bu mədəniyyətin formalaşması üçün dəstəkləyici, təşviqedici və imkan yaradan mühitin necə qurulacağını öyrənməkdir. Bu prosesdə biz elə liderlik yanaşmalarını, məsuliyyətləri və praktiki tövsiyələri araşdırırıq ki, səlahiyyətləndirmə mədəniyyətinin yalnız başlanmasına deyil, davamlı şəkildə qorunub saxlanmasına da real töhfə verir.

    Təlimin məqsədi:

    • səlahiyyətləndirmənin təşkilata gətirə biləcəyi faydaları və strateji əhəmiyyətini dərindən anlama
    • öz-özünü səlahiyyətləndirmə bacarığını inkişaf etdirmək və komandada səlahiyyət verən mühit formalaşdırmaq üçün yanaşma qurmaq.

    Mövzular

    • səlahiyyətləndirmənin nə olduğunu və nə olmadığını aydınlaşdırmaq
    • bütün maraqlı tərəflərin narahatlıqlarını və bunun onlar üçün nə qazandıra biləcəyini araşdırmaq
    • necə daha çox özünü səlahiyyətləndirmiş olmaq olar?
    • qarşısı alınmalı olan tələlər və səhvlər
    • dəyişiklik prosesində liderin rolunu aydınlaşdırmaq
    • səlahiyyət verən mədəniyyətin qurulması üçün 3 ilkin şərt
    • səlahiyyətləndirmə yönümlü iş mühiti yaratmaq üçün 5 tövsiyə
    • fərdi fəaliyyət planı hazırlamaq

    Əlaqəli həllər