×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Orta səviyyəli rəhbərlər

    Yuxarı səviyyəli rəhbərlər

    Satış mütəxəssisləri və menecerləri

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    2 gün

    Menecerlərin seçilməsi zamanı əksər hallarda əsas meyar kimi onların peşəkar bilik və təcrübəsinə üstünlük verilir. Lakin peşəkar ixtisaslaşmaya güclü fokuslanan menecerlər çox zaman komanda üzvlərinin tam potensialını necə ortaya çıxarmağı və onları necə inkişaf etdirməyi bilmirlər. Kouçinq menecer alətlərinin tanınan bir hissəsi olsa da, çox az lider onu düzgün şəkildə tətbiq edir və bu səbəbdən həm rəhbər, həm də əməkdaş baxımından qoyulan səylərin dəyər yaratdığı hiss olunmur.

    Bu proqram liderlik kouçinqinin rolunun aydınlaşdırılmasına, onun rəhbərlik funksiyalarında və performans qiymətləndirmə sistemində necə yer aldığının izah olunmasına fokuslanır. Həmçinin, öyrənmə və inkişaf üçün zəruri olan etimada əsaslanan mühitin yaradılması məsələsi dərindən araşdırılır.

    Leadership coaching

    Təlim kursu göstərir ki, yuxarıda qeyd olunan nəticəyə necə nail olunması mümkündür: performansın düzgün müşahidə olunması, etimada əsaslanan mühitin yaradılması, kouçinq söhbətləri zamanı buraxılan tipik səhvlərdən yayınmaq və fərdin özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq uyğun dilin seçilməsi bu prosesin əsas elementləridir.

    Təlimin məqsədləri

    • şirkət əməkdaşlarının effektiv şəkildə inkişaf etdirilməsi
    • komanda üzvlərinə uyğun və konstruktiv rəyin verilməsi
    • kouçinqin dilinin və yanaşma üsulunun tətbiq olunması
    • kouçinq üçün zəruri olan özünəinamın formalaşdırılması
    • şirkət əməkdaşlarının müşahidə olunması və davranışlarının dəyərləndirilməsi
    • kouçinq söhbətlərinin strukturlaşdırılmış şəkildə və effektiv aparılması
    • doğru inkişaf məqsədlərinin müəyyənləşdirilməsi

    Mövzular

    • performansın tərkib hissələrinin və ona təsir yollarının müəyyənləşdirilməsi
    • kouçinqin şirkətin performansın idarə olunması prosesindəki rolu və yeri
    • uğurlu və uğursuz kouçinqin fərqləndirilməsi
    • inkişaf məqsədi ilə edilən tanınma və digər menecerial rəy formalarının tətbiqi
    • kouçinq prosesinin mərhələlərinin və menecerin kouç kimi rolunun aydınlaşdırılması
    • etimada əsaslanan mühitin yaradılması
    • kouçinqin dilinin və yanaşma üsulunun praktikada tətbiqi

    Əlaqəli həllər