×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    İnkişaf etmək və öyrənmək istəyən bütün menecerlər və əməkdaşlar

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    1 gün

    Bugün inkişaf etmək və öyrənmək istədiyimizi demək dəbdədir. Lakin yeni bir şeyin öyrənilməsi tanımadığımız və bizə yad olan sahələrə açıq olmağı, əlavə səy göstərilməsini və öyrənmə mərhələsində özümüzə səhv etməyə, bir müddət bacarıqsız və həssas hiss etməyə icazə verilməsini tələb edir. Bütün bu çətinlikləri qəbul edib-etməməyimiz isə düşüncə tərzimizdən asılıdır. Bəs daha konstruktiv yanaşmanın formalaşdırılması necə mümkündür? Bu, tamamilə bizim düşüncə tərzimizlə bağlıdır – yəni biz özümüzü öyrənə və inkişaf edə bilən varlıq kimi görürükmü, yoxsa bacarıq və xüsusiyyətlərimizin dəyişməz olduğunu düşünürük?

    Zəka və şəxsiyyət inkişaf etdirilə bilən bacarıqlardır, doğulandan dəyişməz xüsusiyyətlər deyillər. Bu seminarın əsas ideyası odur ki, biz öz inamlarımızı və yanaşmalarımızı formalaşdıraraq, həmçinin bunun üçün praktika edərək beynimizin öyrənmə və problem həll etmə qabiliyyətini artırmaq potensialına sahibik.

    Growth mindset

    Sabit və inkişaf yönümlü düşüncə nəzəriyyəsi menecerlərə və əməkdaşlara göstərir ki, insanın özü haqqında formalaşdırdığı baxış – yəni “düşüncə tərzi” – onun nailiyyət imkanlarına və inkişaf potensialına birbaşa təsir göstərir. Seminar zamanı iştirakçılar sabit düşüncə yanaşmasının necə tanınması və ondan çıxış yollarının nələr olması ilə bağlı aydın və praktik təlimat alır, eyni zamanda biznes cəsarətinin və pozitiv münasibətin gücləndirilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirirlər.

    Təlimin məqsədləri

    • özlərində və başqalarında inkişaf yönümlü və sabit düşüncə tərzlərinin tanınması
    • daxili motivasiya amillərinin və güclü tərəflərinin araşdırılması və onların bəyənilməyən tapşırıqlar zamanı belə inkişaf üçün istifadə olunması
    • düşüncə tərzinin inkişaf vəziyyətinə keçirilməsi və orada saxlanılması, həmçinin şirkətdə və şəxsi həyatda başqalarının da bu yanaşmaya təşviq olunması
    • şəxsi potensialın tam və davamlı şəkildə istifadə olunması, daha yüksək hədəflərə çatılması
    • işdən və şəxsi inkişafdan zövq alınması, fərdi məmnuniyyətin artırılması

    Mövzular

    • nümunəvi şəxslərin və motivasiyaedici təcrübələrin paylaşılması
    • inkişaf yönümlü və sabit düşüncə tərzi anlayışının izah olunması
    • fərdin qoyduğu irs və təsir izinin dəyərləndirilməsi
    • əsas hərəkətverici qüvvələrin və motivasiya amillərinin müəyyənləşdirilməsi
    • sabit düşüncə tərzindən inkişaf yönümlü düşüncəyə keçidin yollarının göstərilməsi
    • şirkət daxilində inkişaf yönümlü düşüncə tərzinin təşviq olunması və dəstəklənməsi

    Əlaqəli həllər