×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Aşağı səviyyəli rəhbərlər üçün

    Orta səviyyəli menecerlər

    Yuxarı səviyyəli menecelrər

    İştirakçı sayı

    8 -12

    Müddəti

    2 gün

    Peşəkarlar əksər hallarda komandaya lider təyin olunurlar, çünki onlar yüksək fərdi nəticələr göstərirlər. Yeni rolda isə onlar daha çətin vəziyyətlərdə də öz bacarıqlarını və yüksək standartlarını nümayiş etdirə bilirlər. Eyni zamanda, rəhbərlərinin onlardan nümunəvi davranış göstərməsi, insanlarla bağlı məsələləri effektiv idarə etməsi, qrupdaxili problemləri həll etməsi, xoş mühit yaratması və bütün bunlara baxmayaraq, komandanın yüksək nəticələrini təmin etməsi ilə bağlı gözləntiləri olduqca tələbkar ola bilər.

    Proqram şirkət komandasının üzvlərinin fərdi güclü tərəflərini nəzərə almaqla, güvən və möhkəm komanda birliyi üzərində qurulmuş effektiv işləyən bir komandanın formalaşdırılması üçün zəruri bacarıqların inkişaf etdirilməsinə yönəlib. Bu münasibətlərin pozitiv şəkildə idarə olunması nəticəsində komanda üzvləri qarşıdakı tapşırıqlara daha yaxşı fokuslana və bir-birilə daha effektiv əməkdaşlıq edə biləcəklər.

    Effective team management

    Proqram komandanın formalaşmasının dörd mərhələsində (Bruce Tuckman modelinə əsasən) qarşıya çıxan çətinlikləri, menecerial rolları və tətbiq oluna bilən alətləri addım-addım izləyir. İştirakçılar komanda birliyinə nail olunması və effektiv əməkdaşlığın qurulması üçün müxtəlif yanaşmaları araşdırırlar. Təlim çərçivəsində həmçinin tapşırıqların səmərəli şəkildə bölüşdürülməsi və komanda üzvlərinin öz rollarından məmnun qalacaqları şəkildə motivasiya olunması yollarına da toxunulacaq.

    Təlimin məqsədləri

    • şirkət daxilindəki komandalar arasında daha güclü ünsiyyətin qurulması
    • öz liderlik üslubunun müəyyənləşdirilməsi və bu üslubdan istifadə etməklə komandada güvənin formalaşdırılması
    • komandanın inkişaf mərhələlərindən uğurla keçirilməsi üçün yol göstərilməsi
    • əldə olunan yeni liderlik alətləri vasitəsilə komanda birliyinin yaradılması və gücləndirilməsi
    • komanda üçün aydın vizionun, missiyanın və məqsədlərin müəyyənləşdirilməsi
    • komanda üzvlərinin rollarının dəqiq şəkildə təyin olunması
    • komandanın motivasiya olunması və bunun nəticəsində ümumi performansın artırılması

    Mövzular

    • komanda performansının ölçülməsi
    • ən yayılmış ünsiyyət səhvlərinin və effektiv komanda ünsiyyəti üçün əsas meyarların müəyyənləşdirilməsi
    • idarəetmə səlahiyyətlərinin növlərinin öyrənilməsi
    • komanda inkişafının dörd mərhələsinin və bu mərhələlərdə tətbiq olunacaq təsir üsullarının araşdırılması
    • inkişaf mərhələlərinə uyğun komanda motivasiyasının qurulması
    • komanda birliyinin yaradılması və münaqişələrin həll olunması üçün menecer alətlərinin tətbiqi
    • Belbin komanda rollarının tanınması və real iş mühitində tətbiq olunması yollarının öyrənilməsi

    Əlaqəli həllər