×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Hər səviyyə üzrə

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    1 gün

    Çox sayda biznes mütəxəssisi texnologiyanı fürsət kimi deyil, təhlükə kimi görür. Onların müqaviməti və ya dəstək verməməsi rəqəmsal düşüncə tərzi və praktikaların şirkət daxilində inkişafına mane olur. Əlaqədar bacarıq və imkanların çatışmazlığı nəticəsində şirkətin inkişafı və məhsuldarlığı risk altına düşür.

    Dəyişikliklərə açıq olmaq üçün rəqəmsal düşüncə tərzi biznes mühitində xüsusilə vacibdir. Komandanızı rəqəmsal transformasiya prosesinə hazırlamaq üçün onların rəqəmsal dəyişikliklərlə bağlı imkanlar, risklər və məsuliyyətlər barədə düşüncə tərzini dəyişdirmələrinə dəstək olun.

    Proqramın məqsədi rəqəmsal həllərə qarşı qorxu və qeyri-müəyyənliyi azaltmaq və iştirakçıların BİZNES MÜHİTİNƏ XAS MÜƏYYƏN DÜŞÜNCƏ TƏRZİ formalaşdırmasını təmin etməkdir.

    Proqram zamanı iştirakçılar şirkətdə ən çox təkrarlanan iş proseslərinin hazırkı rəqəmsallaşma səviyyəsini müəyyən edir və səmərəlilik baxımından çətinlik yaradan sahələri (təkrarlanan, vaxt aparan, mexaniki) seçirlər. Sonra rəqəmsal texnologiyaların kömək edə biləcəyi ideal gələcək vəziyyəti təyin edir, düzgün həll yollarını tapmaq üçün praktik ideyalar toplayırlar.

    DEVELOR-un Rəqəmsal Navigator Modeli vasitəsilə iştirakçılar özləri üçün uyğun rəqəmsal tətbiqləri tapmaq üçün praktik qruplaşma və strukturlaşdırılmış yanaşma öyrənirlər.

    Təlim həmçinin geniş rəqəmsal istifadənin yaratdığı risklərə və zərərli yan təsirlərə diqqət çəkir, iştirakçılara rəqəmsal detoks texnikaları ilə sağlam balans tapmaqda kömək edir.

    Təlimin məqsədləri

    • rəqəmsal dünya ilə bağlı ən vacib anlayışların və təriflərin fərqləndirilməsi
    • şirkətdə fəaliyyətlərin rəqəmsallaşma səviyyələrinin tanınması
    • şirkətin gündəlik fəaliyyət və vərdişlərinə rəqəmsal düşüncə tərzi ilə yanaşılması
    • rəqəmsallaşdırılacaq sahələrin və onların miqyasının şüurlu şəkildə qərarlaşdırılması
    • istifadə ediləcək potensial rəqəmsal alətlərin müəyyən edilməsi
    • rəqəmsal istifadə artıqlarının yaratdığı təhlükələrin daha yaxşı anlaşılması və rəqəmsal detoks texnikaları ilə sağlam balansın tapılması

    Mövzular

    • əsas anlayışlar və təriflər: rəqəmsallaşma, rəqəmsallaşdırma, rəqəmsal transformasiya
    • rəqəmsal düşüncə tərzi nədir?
    • rəqəmsallaşmanın 4 səviyyəsi
    • DEVELOR-un 4 mərhələli modeli ilə rəqəmsal düşüncə tərzinin təkmilləşdirilməsi
    • DEVELOR Rəqəmsal Navigator modeli vasitəsilə uyğun alətlərin tapılmasında praktiki dəstək
    • rəqəmsal bazar təcrübəsi ilə ən yaxşı təcrübələrin mübadiləsi
    • rəqəmsal detoks – rəqəmsal istifadə artıqlarının yaratdığı təhlükələrdən necə qorunmaq və sağlam balans tapmaq
    • sağlam balansı nəzərə alaraq fərdi və komanda səviyyəsində fəaliyyət planının hazırlanması

    Əlaqəli həllər