×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Hər səviyyə üzrə

    Çoxmədəniyyətli komandaların rəhbərləri və üzvləri

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    2 gün

    Bütün mədəniyyətlərin özünəməxsus davranış nümunələri, vərdişləri və adətləri vardır ki, bunlar onların ünsiyyət tərzində, davranışında və qərar qəbul etmə prosesində əks olunur.

    Bəzən yadellilərin fərqli olduğunu düşünürük. Onların gətirdiyi fərqliliklərdən həzz ala bilərik, lakin bəzən də bu fərqliliklər bizi çaşdıra və məyus edə bilər. Onların üstünlüklərini qəbul etmək, onları maneə kimi deyil, öyrənmək və inkişaf etdirmək üçün bir fürsət kimi görmək çətin ola bilər.

    Biz mədəniyyətlərarası səriştəni bilik idarəetməsinin və şirkətə xas qapalı biliklərin bir hissəsi kimi qiymətləndiririk. Proqramımızda iştirakçılara bu mürəkkəb səriştəni strateji düşüncə və planlaşdırma aləti, rəqabət üstünlüyü və əlavə dəyər mənbəyi kimi başa düşmələri üçün imkan yaradır və təlim zamanı əlaqəli bilik və bacarıqların inkişaf etdirilməsinə dəstək oluruq.

    Multicultural communication

    Bu təlimdə iştirakçılar Hofstede modeli əsasında mədəni fərqlərin əsaslarını və onların arxasında duran səbəbləri öyrənəcəklər. Onlara “öz mədəniyyətləri” ilə “qonaq mədəniyyət” arasında müxtəlif aspektlər üzrə müqayisə aparmaq imkanı veriləcək və çoxmədəniyyətli mühitdə uğurla fəaliyyət göstərmək üçün praktik və faydalı məsləhətlər təqdim olunacaq.

    Təlimin məqsədləri

    • “mədəniyyət” anlayışının mahiyyətinin və formalaşmasının anlaşılması
    • Hofstede modeli vasitəsilə müxtəlif mədəniyyət ölçülərinin səbəblərinin başa düşülməsi
    • ünsiyyət nümunələrinin və onların arxasında duran düşüncə tərzinin kəşf edilməsi
    • çoxzamanlı (polixron) və təkzamanlı (monoxron) zaman qavrayışlarının və onların davranışa təsirinin öyrənilməsi
    • yüksək kontekstli və aşağı kontekstli mesajların mənasının şifrələnməsi
    • müxtəlif mədəniyyətlərin dinləmə nümunələrinin daha yaxşı anlaşılması
    • seçilmiş mədəniyyətlərin iş etiketi haqqında məlumatın əldə edilməsi
    • digər mədəniyyətlərə uyğun kommunikasiya tərzinin daha yaxşı uyğunlaşdırılması

    Mövzular

    • mədəniyyət nədir – mədəniyyəti nə formalaşdırır?
    • Hofstede ölçüləri
    • Hofstede-nin şirkətdə mədəni tətbiqləri
    • aşağı kontekstli və yüksək kontekstli kommunikasiya
    • aktiv dinləmə nümunələri
    • təkzamanlı (monoxron) və çoxzamanlı (polixron) zaman qavrayışları
    • şirkətə xas situativ tapşırıqlar

    Əlaqəli həllər