×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Hər səviyyə üzrə

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    yarım gün

    Niyə təhlükəli vəziyyətlər biznes mühitində vaxtında aşkarlanıb aradan qaldırılmır? Hər bir iş qəzalarının arxasında çoxsaylı səbəblər, amillər və alt-səbəblər dayanır. Bizim qavrayışlarımız və şirkət mədəniyyəti bizi səhv istiqamətə yönləndirə bilər. Axtarmadığımız təhlükəni görməmək asandır və bu, biznes proseslərində risklərin artmasına səbəb olur. Buna görə də məqsədimiz risk şüurunu artırmaq və bu təhlükələrlə sistemli şəkildə mübarizə aparmaqdır.

    Biznes üçün nəzərdə tutulmuş bu təlimdə məqsəd iştirakçıların təhlükəsizlik qaydalarının onların xeyrinə olduğunu dərk etməsinə və təşkilat daxilində təhlükəsizlik mədəniyyətinin formalaşmasına dəstək olmaqdır. Proqram əməkdaşların iş təhlükəsizliyinə münasibətini dəyişdirir və risklərin analiz edilməsi və idarə olunması üzrə effektiv planlaşdırma sisteminin qurulmasını təmin edir. Təlim biznes mühitində səhv və risklərin qarşısını almaq üçün qabaqlayıcı yanaşmanın tətbiqinə yönəlib, beləliklə, problemlərin meydana gəlmədən öncə qarşısı alınır.

    Safety awareness

    “Near miss” case study-ləri işlədikdən sonra iştirakçılar gözlənilməz (təhlükə vəziyyətləri) hallarda qəza qarşısının alınması üçün real metodlarla tanış olurlar. Proqramın sonunda isə şirkətdə özlərinin dərhal iş mühitinin təhlükəsizliyini artırmaq üçün fərdi könüllü öhdəliklər götürürlər.

    Təlimin məqsədləri

    • təhlükəsizlik qəzalarına səbəb olan hadisələrin üst-üstə düşməsini daha yaxşı anlamaq
    • mümkün qəzalar zamanı öz rol və məsuliyyətlərini başa düşmək
    • iş qəzalarının səbəblərini təhlil etmək və onları aradan qaldırmaq üçün daha şüurlu davranmaq
    • əmək təhlükəsizliyi qaydalarına əsaslanaraq gözlənilməz vəziyyətləri daha yüksək şüurluluq və qətiyyətlə idarə etmək

    Mövzular

    • Təhlükəsizlik termometri – özünüqiymətləndirmə
    • Titanik hekayəsi – 100 il sonra
    • İsveç pendiri modeli və qavrayış tələləri
    • Risk piramidası
    • Qəza vəziyyətləri və “near miss” hadisələrinin işlənməsi
    • Fövqəladə hallar təhlili
    • Qaydalarla uyğunluq – intizam və özünüintizam