×

Bağlayın   close 
close-popup

Maraqlıdır ?

Ətraflı danışaq və
sizin üçün doğru həlli quraq

    • linked
    • fb-exp
    • yt-icon
    • ig-icon
    Services menu polygon-open polygon-close
    • Yanaşma və Düşüncə Tərzi
    • Liderlik və İdarəetmə
    • Müştəri Xidməti, Satış və Danışıqların aparılması
    • Şəxsi Produktivlik və Kommunikasiya
    • Teambuilding & Əməkdaşlıq
    • Qiymətləndirmə və Diaqnostika
    • HR Konsaltinq & Kouçinq
    • All services
    icon1

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün xidmətləri axtar
    icon2

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 simvol daxil edin.
    Bütün mənbələri araşdır

    Kimin üçündür ?

    Orta səviyyəli rəhbərlər

    Yuxarı səviyyəli rəhbərlər

    İştirakçı sayı

    8 - 12

    Müddəti

    1 gün

    Təhlükəsizlik sahəsində ən böyük çətinliklərdən biri onun uzunmüddətli şəkildə davamlılığının təmin olunmasıdır. Bunun əsas şərti isə həm rəhbərin, həm də işçinin bu sahəyə qoyulan investisiyanın onlar üçün real dəyər yaratdığını hiss etməsi və bunun nəticəsində sabit və görünən inkişafın baş verməsidir.

    Proqram çərçivəsində şirkətin menecerləri təhlükəsizliklə bağlı öz rollarını müxtəlif baxış bucağından araşdırırlar. Proqram liderin nümunəvi davranış göstərməsi, məsuliyyət daşıması, düzgün iş mühitinin yaradılması və ittihamedici yanaşmadan fərqli olaraq, problemin qarşısının alınmasına yönəlmiş bir təhlükəsizlik mədəniyyətinin formalaşdırılması üzərində qurulub.

    Leadership for safety

    Şirkətin rəhbərləri proqram çərçivəsində tərəfdaşlığa əsaslanan ünsiyyət və rəyvermə ilə bağlı dərhal tətbiq oluna bilən praktik üsullar əldə edirlər. Bu metodların tətbiqi qəza risklərinin qarşısının alınmasına və ümumi nəticələrin çıxarılmasına xidmət edir.
    Proqramda mövzunun əhəmiyyətini daha dərindən dərk etdirmək üçün real hadisələrdən istifadə olunur. Bu nümunələr göstərir ki, təhlükəsizlik sahəsində bir neçə uyğunsuzluğun eyni anda baş verməsi ölümcül nəticələrə səbəb ola bilər.

    Təlimin məqsədi

    • təhlükəsizlik idarəetməsinin şüurlu şəkildə tətbiq olunması və bunun həm şirkət, həm də əməkdaşlar üçün dəyər yaratmasına nail olunması
    • ittiham yönümlü mədəniyyətdən uzaqlaşılması
    • təhlükəsizlik düşüncə tərzinin həm şirkətdə, həm də şəxsi həyatda yayılması
    • təhlükəsizlik qaydalarının və gözləntilərinin təmin olunması və qorunması üçün effektiv ünsiyyətin və rəyvermənin həyata keçirilməsi
    • komanda üzvlərinin təhlükəsizlik məsələləri üzrə məlumatlandırılması və maarifləndirilməsi

    Mövzular

    • ittiham yönümlü mədəniyyətdən öyrənmənin yaratdığı əlavə risklərin dərk olunması
    • təhlükəsizliyin anlayışının aydınlaşdırılması
    • real həyatdan götürülmüş hadisələrin təhlil olunması
    • təhlükəsizlik sahəsində liderliyin rolunun izah olunması
    • rasmussenin insan davranışlarının idarə olunması modeli ilə tanış olunması
    • james reason tərəfindən təqdim olunan səhv növlərinin təsnifatının araşdırılması
    • menecer tərəfindən verilən rəyin təhlükəsizlik mədəniyyətinə təsirinin öyrənilməsi