Tarix
22 Oktyabr, 2025
11:00 - 12:30
Məkan
Online - ZOOM webinar
Kimin üçündür
Hamı üçün

Niyə komandanız bu vebinara ehtiyac duyur ?
Müasir şirkətlərdə 4 nəsil eyni məkanda çalışır. Bu müxtəliflik ya davamlı konfliktlərə, ya da gözlənilməz yeniliklərə yol açır. Biz sizə dörd nəslin fərqliliklərini uğur qazanmaq üçün necə idarə etməyin dəqiq yolunu göstərəcəyik. Komandanızın daha loyal, məhsuldar və anlaşılmazlıqlardan uzaq olmasına ehtiyac var.
Vebinarda öyrənəcəyiniz əsas mövzular:
Bu intensiv, ödənişsiz vebinar zamanı nəsillərarası əməkdaşlığı idarə etmək üçün ən praktik və effektiv metodları mənimsəyəcəksiniz:
1. Nəsil psixologiyası və ünsiyyət
- Hər nəslin (X, Y, Z) motivasiya mənbələrini, dəyərlərini və işə yanaşma tərzinin (məsələn, çevik iş saatlarına tələbat) ətraflı analizi. Fərqli nəsillərin rəhbərlik üslubuna və əks əlaqəyə qarşı reaksiyasının anlaşılması. Müxtəlif ünsiyyət kanallarının (üzbəüz, e-poçt, anlıq mesajlaşma) necə balanslaşdırılması.
2. 2 İstiqamətli bilik mübadiləsi
- Təcrübəli kadrların illərlə topladığı dərin biliklərin gənc həmkarlara sistemli şəkildə ötürülməsi (Mentorluq). Eyni zamanda, gənc kadrların rəqəmsal trendlər, yeni texnologiyalar haqqında biliklərin liderlərə öyrətməsi prosesinin (Tərs Mentorluq) təşkil edilməsi.
3. Effektiv konflikt idarəçiliyi
- Nəsil stereotiplərinin qırılması. İşdəki narazılıq və kadr axınının əsas səbəbi olan daxili münaqişələri peşəkarcasına həll etməyin yollarının mənimsənilməsi
Qarşılıqlı hörmətə əsaslanan mədəniyyət quruculuğunun həyata keçirilməsi.
Vebinardan sonra əldə edəcəyiniz nəticələr
Bu təlim sizə sadəcə nəzəriyyə deyil, dərhal tətbiq edə biləcəyiniz dəyərli biliklər qazandıracaq:
- Komandadaxili münaqişələr azalacaq, əməkdaşların şirkətə loyallığı güclənəcək.
- Təcrübə ilə innovasiyanın sinerjisi sayəsində məhsuldarlıq və innovasiya sürəti artacaq.
- Bütün nəsilləri effektiv idarə edə bilən, inklüziv və çevik lider olma bacarığı qazanacaqsınız.
İndi qeydiyyatdan keçin
Nəsillərarası fərqləri rəqabət üstünlüyünə çevirərək komandanızın tam potensialını işə salın.