Zaman
3 Mart 2023
Məkan
Hotelin konfrans zalı
Təlimçi
İnsafəli Səmədov
Müasir dövrdə biz vaxt problemi ilə əvvəlkindən daha çox qarşılaşırıq, çünki hər gün bir çox kanallar vasitəsilə tonlarla məlumat alırıq. Bu proqram vaxtımızı idarə etməyə kömək edəcək, həm də bu problemlərin öhdəsindən gəlmək üçün etibarlı bir sistem təqdim etməklə yanaşı, daha səmərəli, yüksək yaradıcı və stressiz olmağa imkan verəcək.
Bizim sistemə ehtiyacımız var hansı ki, yeni öhdəliklərə və çətinliklərə cavab vermək üçün kifayət qədər çevik olsun. İştirakçılar dərhal istifadə edə biləcəkləri qazanc əldə edəcək, bizi daha effektiv və rahat edən 4 əsas prinsip ilə tanış olacaqlar. İştirakçılar bu sistemi sınaqdan keçirməyə və onun praktikada necə işlədiyini görməyə imkan verən ilkin addımlar atacaq.
Proqramın sonunda iştirakçılar biləcəklər:
- Effektiv tapşırıqların idarə edilməsinin 4 prinsipi
- GTD əsaslı tapşırıq və vaxtın idarə edilməsi prosesinin 5 addımı, hər bir addım üçün ətraflı təlimatlar alınması
- e-məktubların idarə etmək üçün effektiv təşkil üsulları
- Gündəlik tapşırıqlarımızın uzunmüddətli məqsədlərə uyğunlaşdırılmasında müntəzəm baxmağımızın əhəmiyyəti və rolu
Proqramın sonunda iştirakçılar edə biləcəklər:
- Öhdəliklərimizi və zamanı idarə etmək üçün səmərəli prinsipləri tətbiq etmək
- Bu yeni sistemi qurmaq və prioritetlərinə uyğunlaşmaq üçün hərtərəfli hazır olmaq
- Toplanmış məlumatları emal etmək və təşkil etmək
- Qısa və uzunmüddətli məqsədlərə nail olmaq üçün tapşırıq və layihələrinin vəziyyətini nə vaxt və necə nəzərdən keçirəcəyini bilmək
- Qısamüddətli yaddaşı boşaltmaqla beyinin tam gücündən istifadə etmək. daha məhsuldar, lakin daha az stressli şəkildə yaşamaq və çalışmaq
Təlimçi: İnsafəli Səmədov (“Develor” beynəlxalq təlim şirkətində biznes təlimçi)
Təlimin dili: Azərbaycan dili
Tarix: 3 Mart 2023 (10:00-18:00)
Məkan: Hotelin Konfrans zalı
Ödəniş: 190 AZN (ƏDV xaric)
Təlim paketinə nahar yeməyi və çay-kofe fasilələri daxildir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
📧info.azerbaijan@develor.com
📞+994 77 277 77 47