Liderlərin İnkişaf Proqramı
Menecer və rəhbərlərinin inkişafı istiqamətində hazırladığımız yeni “Future Leaders” proqramı haqqında məlumat vermək istəyirik.
Potensiallı, gələcəyin rəhbəri olmağı hədəfləyir və potensialınızı inkişaf etdirərək, əsl lider kimi yetişmək istəyirsinizsə, doğru ünvandasınız. “Develor”un tətbiq etdiyi “Learning Journey” prinsiplərinə əsasən hazırlanmış “Future Leaders” proqramı məhz sizlər üçündür. Əsas məqsədimiz yalnız bilik və bacarıqların aşılanması deyil, lakin bu biliklərin vərdişə çevrilməsinə dəstək göstərməkdir. Proqram bir neçə ay davam edəcək və müxtəlif şirkətlərin əməkdaşlarının qatıla biləcəyi formatda keçiriləcəkdir.
Bu proqramda iştirak etməklə NƏ QAZANACAQSINIZ?
- Yeni rəhbər, menecer olaraq inkişafınızı sürətləndirmək
- Liderlik bacarıqlarınızı və potensialınızı artıracaq və rəhbər pozisiyasına hazır olacaqsınız
- Praktiki, biznes və idarəetmə yönümlü simulyasiyalar ilə təcrübənizi artıracaq və müxtəlif rəhbər səriştələrinə yiyələnəcəksiniz;
- Müxtəlif nəzəriyyələr və case-lər üzərində işləməklə real həyatda yaşana biləcək vəziyyətlərə hazır olacaqsınız
4 aylıq bu intensiv və praktiki proqramın sonunda siz liderlik bacarıq və xüsusiyyətlərini professional şəkildə daşıyan rəhbər olacaqsınız.
Əsas üstünlükləri 10 modul/70 saatlıq intensiv proqram, peşəkar təlimçilər, nəzəriyyə ilə yanaşı praktiki təlimlər və biznes, liderlik yönümlü simulyasiyalar olan “Future Leaders Program” qısa zamanda, yüksək nəticə əldə etmək istəyən şirkət əməkdaşlarının seçimidir. Proqramın bir nəfər üçün qiyməti 2100 AZN təşkil edir.
Bizimlə əlaqə saxlayın
Proqram haqqında daha ətraflı müzakirə etmək, suallarınızı cavablamaq üçün sizinlə onlayn və oflayn görüşməyə hazırıq!
Develor Azerbaijan
+994 77 277 77 47
Hibrid əməliyyatları idarə et
Hibrid komandada necə fəaliyyət göstəriləcəyinə dair test edilmiş tövsiyələrlə dolu ən son e-kitabı yükləyin.